Alman dili Azərbaycanda

 

İstənilən əcnəbi dilin, o cümlədən alman dilinin öyrənilməsi insanın dünyagörüşündə yenincərə açır

 

Azərbaycan müstəqillik dövrünə qədəm qoyduqdan sonra onun daxili xarici siyasətində çox şey dəyişdi. Əksər dövlətlərin ölkəmizdə səfirliyi, nümayəndəliyi, firma şirkətləri var. Bu da, təbii olaraq, əcnəbi dillərin öyrənilməsinə təsir edən amildir. Bir fakt danılmazdır ki, dünyada əcnəbi dillər arasında ingilis dili dominantlıq edir. Ötən əsrin 90-cı illərində rus dilindən sonra ingilis dilini bilmək, sadəcə, bir dəb deyil, təhsil almaq, axtarmaq üçün vacib faktor rolunu oynamağa başladı. Ancaq son illər bir əcnəbi dildə danışmaq kifayət hesab edilmir. Burada maraqlı bir sual yaranır. Hansı əcnəbi dil əhalinin maraq dairəsində üçüncü yer tutacaq? Bu suala tam məsuliyyətlə cavab veririk ki, Azərbaycanda alman dilinə maraq günü-gündən artır. Yaxşı, onda buna zəmin yaradan nədir?

Birincisi, alman dili qloballaşan dünyada vacib dillərdən və kommunikasiya vasitələrindən biridir. Avropada yaşayan 100 milyon insan üçün alman dili doğma dildir. Bütün dünyada 20 milyon insan alman dilini əcnəbi dil olaraq öyrənir. İkincisi, beynəlxalq səviyyədə keçirilən bir çox görüşlər, sənaye, kənd təsərrüfatı, kitab turizm sərgiləri hər il ənənəvi olaraq Almaniyada keçirilir. Mərkəzi Avropada yerləşən Almaniyaya marağı artırır. Bu sadalanan tədbirlərə dünyanın bir sıra ölkələrindən gələn insanların məqsədi təcrübə fikir mübadiləsi aparmaq olur.

Beləliklə, Almaniya Azərbaycanın həm iqtisadi, həm də mədəni münasibətlər baxımından vacib strateji partnyorlarından biri olduğundan bizim millətin nümayəndələri də bu tədbirlərdə fəal iştirak edirlər.

Bəlli olduğu kimi, Bakıdakı Alman Akademik Mübadilə Xidmətinin (DAAD) nümayəndəliyi hər il Almaniyada qismən təhsil almaq istəyənlər üçün təqaüd verir. Bu o deməkdir ki, almandilli tələbə və işçilər Almaniyada təhsil almaq üçün mükəmməl imkan qazanırlar.

Ancaq yalnız tələbələr təqaüd qazanmırlar. Belə ki, 9-10-cu sinif şagirdləri üçün PAD proqramı mövcuddur ki, onlar bununla Almaniyada keçirilən yay kurslarında iştirak imkanı qazanırlar. Hər il Azərbaycandakı Almaniya səfirliyi bu proqram üçün seçim turu keçirir. Onu da qeyd edək ki, bir aylıq kurslara həm mədəniyyət proqramı əlavə edilir ki, dünyanın əksər ölkələrindən olan 9-10-cu sinif şagirdləri onun iştirakçısı olurlar. Beləliklə, azərbaycanlı şagirdlərin xaricdəki yaşıdları ilə ünsiyyətdə olmaq, yeni tanışlıqlar yaratmaq, təəssüratları bölüşmək imkanları yaranır.

Danılmaz faktdır ki, istənilən əcnəbi dilin, o cümlədən alman dilinin öyrənilməsi insanın dünyagörüşündə yeni bir pəncərə açır. Ona görə ki, dil öyrənərkən insan nəinki onda ünsiyyət qurmağı bacarır, həmçinin həmin ölkənin mədəniyyəti, tarixi haqqında məlumatı mənimsəyir. Azərbaycan Dillər Universitetində Alman-Azərbaycan Mədəniyyət Birliyi KAPELLNAUS-dakı Höte adına İnstitutun alman oxu zalı şəhərin mədəniyyət həyatında əhəmiyyətli rol oynayır.

Bakıda Alman Dilinin Öyrənilməsi Mərkəzinin açılması məhz bu amillərdən irəli gəlib. Mərkəz Almaniya Federativ Respublikasının Höte Mədəniyyət İnstitutu ilə sıx əməkdaşlıq şəraitində yaradılıb Almaniyanın Azərbaycan səfirliyi tərəfindən dəstəklənir. Mərkəzin tələbələrinin sayı ölkəmizdə alman dilinə marağın yüksəldiyini təsdiqləyir. Məsələ ondadır ki, bu mərkəzdə dilin öyrənilməsi kommunikativ metoda əsaslanır. Odur ki, tələbə bundan məmnunluq duyur eyni zamanda nəzərə çarpacaq nəticə əldə edir. Bu məqamda qeyd etmək yerinə düşər ki, Höte adına İnstitutun belə partnyor-mərkəzləri postsovet ölkələrində - Rusiyada, Ukraynada Qazaxıstanda açılıb. Lakin Zaqafqaziyada ilk mərkəz bizim ölkəmizdə açılmışdır. Bakıda bu mərkəzin təşkilatçıları Almaniya tərəfdən Artur Rapp, Azərbaycan tərəfdən Zəhra Əliyeva "Zerkalo"ya müsahibələrinin birində demişdilər ki, mərkəzin əsas məqsədi doqmatik öyrənmə deyildir. Burada nəinki uşaq tələbələrlə, həmçinin gələcəkdə Almaniyada işləmək oxumaq istəyənlərlə aparılır. "Biz böyük alman şirkətləri ilə münasibətlər yaratmağa çalışırıq. Almaniya səfirliyi aktiv şəkildə bizi dəstəkləyir. Ona görə ki, biz, sadəcə, özəl müəssisə deyilik. Bu razılaşma Almaniya Azərbaycan arasında beynəlxalq mədəni əlaqələrin inkişafına yönəlikdir", - deyə onlar bildiriblər. Dili öyrənmək üçün bilik səviyyəsini müəyyənləşdirmək lazımdır. Əlbəttə, əgər şəxs tədrisə ilk başlayan deyildirsə. Əgər şəxsin müəyyən bazası vardırsa, bunu aydınlaşdırmaq üçün testdən keçmək vacibdir.

Yuxarıda qeyd etdiyimiz kimi, mərkəzdə təhsil kommunikativ, praktik xarakter daşıyır. İlk dərsdən təhsil alan artıq alman dilində danışmağa başlayır. Bununla yanaşı, dərslərdə eyni səviyyədə tələbənin eşitmə, mənimsəmə qavrama, oxuma, yazma qabiliyyəti inkişaf etdirilir. Ancaq əsas məqsəd təcili şəkildə alman dilində nitq qabiliyyətini inkişaf etdirməkdir.

Mərkəzdə deyirlər ki, təhsilin əsas məqsədi insana alman dilində danışmağı öyrətməkdir. Psixoloji baryerlərlə rastlaşmamaq üçün qrammatika qaydalar öyrədilir. "Biz öz simvolumuzu körpü seçmişik. Bununla da kursun ümumi ideologiyasının ölkələrimizi yaxınlaşdırmaq olduğunu göstərmək istəyirik. Bunun üçün ilk növbədə dil baryeri aradan qaldırılmalıdır. Axı dostluq üçün mükəmməl ünsiyyət vacibdir", - deyə Alman Dilinin Öyrənilməsi Mərkəzinin rəhbəri Zəhra Əliyeva bildirdi.

Mərkəzin pedaqoqlarının böyük əksəriyyəti səfirliyin keçmiş kurslarında iştirak edən şəxslərdir. Onların hamısı Almaniyada təkmilləşdirilmə kurslarında iştirak ediblər.

Mərkəzdə təhsil ili üç aya, rübə bölünür. Qış, yay və payız. Bununla yanaşı, vaxtaşırı mərkəzdə nəinki daimi qruplarda, həm intensiv, həm də xüsusi qruplarda konkret bacarıqların inkişaf etdirilməsi üçün dinləyicilər toplanır. Məsələn, danışıq qabiliyyətinin yaxşılaşdırılması, tələffüz və məktub yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi və s.

Burada qeyd etmək yerinə düşər ki, mərkəz nəinki məşğələlərin effektli aparılması üçün lazımi keyfiyyətdə texnika ilə təchiz edilib, həm də burada pedaqoqların istifadəsi üçün nəzərdə tutulan kitabxana mövcuddur. Yeri gəlmişkən, yuxarıda qeyd etdiyimiz kimi, pedaqoqlar üçün mərkəzin partnyoru olan Höte İnstitutunun dəstəyi ilə vaxtaşırı təkmilləşdirilmə kursları təşkil edilir.

Qeyd edək ki, Azərbaycandakı Alman Dilinin Öyrənilməsi Mərkəzi verdiyi sertifikatlarda bilik səviyyəsini də qeyd edir. Bununla da kursun dinləyicisinin hansı imkana malik olduğu açıqlanır. Mərkəzin gələcək planları arasında Höte adına İnstitutda imtahanların keçirilməsinin təşkili də var. İmtahanları uğurla verənlər beynəlxalq aləmdə qəbul edilmiş sertifikat alacaqlar və bu sənəddə imtahanın nəticələri də qeyd olunacaq.

Sonda qeyd edək ki, Azərbaycanda Alman Dilinin Öyrənilməsi Mərkəzi Bakıda Lev Tolstoy küçəsi 171-də yerləşir.

 

 

Ayna.-2010.-20 fevral.-S.15.