"Şelkunçik"ə belaruslu rejissordan quruluş

 

Bu həftəsonu Mədəniyyət Turizm Nazirliyinin dəvəti ilə Belarus Gənc Tamaşaçılar Teatrının baş rejissoru Nataliya Basıyeva dünya şöhrətli "Şelkunçik" tamaşasına quruluş vermək üçün Bakıya gələcək.

Gənc Tamaşaçılar Teatrı mətbuat xidmətindən verilən bilgiyə görə, rejissor bir ay müddətində burada qalacaq. Bu müddət ərzində əsər üzərində aparılan bütün işlər başa çatacaq tamaşa təhvil veriləcək. Martın sonlarında isə tamaşanın premyerası planlaşdırılır. Xatırladaq ki, Nataliya Basıyeva ötən ilin dekabrında dv Bakıda səfərdə olub onun aktyorlarla görüşü olub. Öyrəndik ki, digər teatrlarda tamaşaya qoyulsa da, Gənc Tamaşaçılar Teatrında ilk dəfə səhnələşdirilən "Şelkunçik"də Vüsal Mehrəliyev, Asya Atakişiyeva, Mehriban Abdullayeva, Nigar Məmmədova başqaları da daxil olmaqla, 30-a qədər aktyor iştirak edəcək.

 

 

Ayna.-2010.-27 fevral.-S.20.