İzmirdə növbəti Azərbaycan Novruz Festivalı

 

Martın 12-dən 21-dək İzmirdə III Azərbaycan Novruz Festivalı keçiriləcək. İzmirdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Camal Məmmədxanoğlunun məlumatına görə, artıq 3-cü dəfə təşkil olunan festival çərçivəsində bir neçə mərasim planlaşdırılır. İlk mərasim martın 12-də "Bakı gecəsi" adı altında baş tutacaq. Bu gecəyə xalq artisti Flora Kərimova aşıq Zülfiyyə dəvət olunub. Bundan başqa, İzmirdəki Azərbaycan rəqs qrupu da çıxış edəcək. "Təbriz gecəsi" isə aşıq Çingiz "Dalğa" qrupu qatılacaq. Martın 17-də Rəşid Behbudovu, 18-də Şəhriyarı anma gecələri olacaq. Rəşid Behbudovu anma gecəsində Hollandiyada yaşayan güney azərbaycanlı tenor Rza Təbrizi İstanbulda yaşayan Ərgün Quliyev iştirak edəcəklər. Hər iki sənətçinin mahnıları Bakıdan gələn pianoçu Təranə Abbaszadənin müşayiəti altında ifa olunacaq:

"Düşünürəm ki, Azərbaycandan kənarda keçirilən ən böyük mərasimlərdən biri məhz bu festival vasitəsi ilə həyata keçiriləcək. Biz artıq 3-cü ildir ki, bu festivalı təşkil edirik. Ümidvaram ki, davamlı olacaq". Camal Məmmədxanoğlu festival çərçivəsində martın 19-da "Güney Azərbaycanda türkçülük hərəkatının inkişafı" adlı konfransın da keçiriləcəyini qeyd etdi:

"Konfrans son zamanlar Güney Azərbaycanda baş verən türkçü axınlarının təhlilinə həsr olunub. Hollandiyada yaşayan bir yazar dostumuz orada çıxış edəcək. Məlumdur ki, son 10 ildə Güneydə milli hərəkat inkişaf etməkdədir. O hərəkatın tanıdılması məqsədi ilə konfransı təşkil edirik".

 

 

 Ayna.-2010.-27 fevral.-S.20.