Naxçıvan rəqs ustalarının Türkiyədə uğuru

 

Naxçıvan Dövlət Filarmoniyasının rəqs kollektivi Türkiyədə keçirilən beynəlxalq festivalda iştirak edib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatda bildirilib ki, kollektiv Türkiyədə hər il keçirilən XVIII Beynəlxalq Quşburnu Sərgi, Mədəniyyət və Sənət Festivalına dəvət alıb. İyulun son günlərində başlayan festival üç gün davam edib. Festivalda Naxçıvan Dövlət Filarmoniyasının rəqs kollektivi tərəfindən milli rəqslərimiz təqdim olunub. Qaliblər "Ən yaxşı təqdimat", "Ən yaxşı geyim", "Ən yaxşı performans" və digər nominasiyalar üzrə mükafatlandırılıblar.

 

 

Ayna.- 2010.- 31 iyul.- S.20.