Akademik Ramiz Mehdiyevdən "Fəlsəfə"
dərs vəsaiti
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü, akademik Ramiz Mehdiyevin "Fəlsəfə" dərs
vəsaiti işıq
üzü görüb
("Trend").
Kitabda müstəqil elmi fənn və insanların mənəvi fəaliyyət sahəsi olan fəlsəfənin sistemli şərhi, o cümlədən fəlsəfənin
mövzusu, onun metodları, məqsəd və vəzifələri,
baza anlayışları,
kateqoriyalar və cərəyanları haqqında
geniş məlumat verilir. Dərs vəsaitində fəlsəfəyə
girişlə yanaşı,
fəlsəfənin, o cümlədən
Şərq fəlsəfəsinin
tarixi, müasir fəlsəfənin əsasları,
habelə tarix fəlsəfəsi və siyasi fəlsəfə şərh edilir. Qədim və orta əsrlər
Azərbaycan fəlsəfəsinin
problemləri, XIII-XX əsrlərdə
Azərbaycan fəlsəfi
fikrinin təşəkkülü
ayrıca nəzərdən
keçirilir.
Nəşr tələbələr, müəllimlər,
fəlsəfə problemi
ilə maraqlanan bütün oxucular üçün nəzərdə
tutulub. Kitab Azərbaycanın Təhsil
Nazirliyi tərəfindən
ali məktəblər
üçün dərs
vəsaiti kimi çap olunur. Kitabın rəyçisi Prezident yanında Dövlət İdarəçilik
Akademiyası, layihənin
rəhbəri, AzərTAc
Dövlət İnformasiya
Agentliyinin rəhbəri
Aslan Aslanov, elmi redaktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevdir.
Ayna.- 2010.- 5 iyun.- S.18.