"Fred Asif" romanının təqdimatı keçirilib

 

Ötən gün Yazıçılar Birliyində yazıçı-publisist Mustafa Çəmənlinin "Fred Asif" sənədli romanının təqdimat mərasimi keçirilib. Yazıçı Aqşin Babayev çıxış edərək "Fred Asif" romanına yüksək qiymət vermişdir. Söhbət bu romanın ikinci nəşrindən gedir.

Kitabın ilk nəşri hələ 14 il əvvəl işıq üzü görüb. Mustafa Çəmənli deyir: "Bu, daha təkmil variantdır. Sənədli roman olduğuna görə yeni şəkillər, materiallar tapmışıq. İlk nəşrindən 50 səhifə daha artıq olub. Fred Asif bir şəxsiyyət olaraq mənim üçün çox maraqlıdır. Onun həyatında maraqlı, kədərli detallar çoxdur".

 Yazıçı-publisist bu əsəri əsasında film çəkilməsini arzuladığını da dilə gətirib.

 

 

Ayna.- 2010.- 5 iyun.- S.18.