Azərbaycanlı rəssamın
Moskva sərgisi
Moskvada fəaliyyət göstərən Beynəlxalq
Bədii Fondda həmvətənimiz, istedadlı
rəssam Qüdrət
Qurbanovun əsərlərindən
ibarət sərgi açılıb. Vernisaja
gələnlər azərbaycanlı
fırça ustasının
əvvəllər sərgilənən
boyakarlıq və qrafika işləri ilə yanaşı, yeni əsərləri ilə də tanış olmaq imkanı əldə ediblər.
Xatırladaq ki, Cəbrayıl
rayonunun Dərizli kəndində dünyaya göz açan rəssam
Qüdrət Qurbanov hələ 9 yaşında ikən təsviri
sənətlə məşğul olmağa başlayıb. Bakıda
Əzim Əzimzadə adına rəssamlıq məktəbini,
daha sonra Moskvada Surikov adına Rəssamlıq İnstitutunu
bitirib. Hazırda Moskvada tanınmış Azərbaycan rəssamlarından
biridir. Qüdrət Qurbanov özünü Abşeron rəssamlıq
məktəbinin yetirməsi hesab etsə də,
yaradıcılığında həm milli, həm də
Avropa rəssamlıq məktəblərinin təsiri duyulur.
Qeyd edək ki,
Q.Qurbanovun əsərləri indiyə qədər Almaniya,
Belçika, Türkiyə, Çin, İngiltərə və
Fransada nümayiş etdirilmiş və uğur
qazanmışdır.
Ayna.- 2010.- 5 iyun.- S.20.