"Tərsinə çevrilmiş dünya"

 

Tanınmış aktyor, xalq artisti Fuad Poladov yeni rola çəkilir. Bu dəfə aktyor milis polkovniki obrazını yaradır. Aktyorun söylədiyinə görə, milis polkovniki obrazı "Tərsinə çevrilmiş dünya" detektiv filmində əsas rollardan biridir. Filmdə xalq artisti Rasim Balayev məşhur iranlı aktyor Məhəmməd Firutən çəkilir. Fuad Poladovun sözlərinə görə, filmin İranın Ənzəli Tehran şəhərlərində aparılan çəkilişləri artıq başa çatıb. Yaxın günlərdə isə Bakıda aparılacaq çəkilişlərə start veriləcək. Filmin oktyabrda təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasında istehsal olunan "Tərsinə çevrilmiş dünya" filminin ssenari müəllifi Çingiz Abdullayev, quruluşçu rejissoru Ənvər Əblucdur.

 

 

Ayna.- 2010.-5 iyun.- S.20.