Alim Qasımov və Fərqanə İstanbulda
Xalq artisti Alim Qasımov və qızı xanəndə Fərqanə Qasımova ötən gün İstanbula yola düşüblər. Xanəndənin ailəsindən verilən bilgiyə görə, musiqiçilər iyunun 5-də İstanbulda konsert proqramı ilə çıxış edəcəklər.
Xəbərdə bildirilir ki, konsert İstanbulun Yerəbatan Sarıncı konsert salonunda baş tutacaq. Xanəndələri Rauf İslamov, Rafael Əsgərov, Cavidan Nəbiyev və Zəki Vəliyev müşayiət edəcəklər:
"Konsert proqramı 90 dəqiqəlik nəzərdə tutulub. Bu dəvəti Alim müəllim bir il əvvəl alıb. Razılığını bildirəndən sonra proqramı hazır etdi və yola düşdü. İnanırıq ki, musiqiçilərin bu çıxışı da uğurlu keçəcək".
Ayna.- 2010.- 5 iyun.- S.20.