Sumqayıtda Üzeyir Hacıbəyli abidə kompleksi
Sumqayıtda dahi bəstəkar Üzeyir Hacıbəylinin
şəhərdə adını
daşıyan küçədəki
abidə kompleksində
işlər yekunlaşıb. Bu barədə Sumqayıt şəhər icra nümayəndəliyindən xəbər
verilib. Deyilir ki, abidə
kompleksinin inşa edildiyi xiyabanın eni 23 metr, ərazinin
uzunluğu 61 metr təşkil edir. Ümumilikdə, 1 340 kvadratmetrlik
sahənin təxminən
740 kv.m hissəsində
tamet döşəmə
salınıb, yaşıllaşdırılan
sahələrdə, əsasən
çəmən, dekorativ
ağac və kollar əkilib, oturacaqlar quraşdırılıb.
Hazırda ərazidə
müasir işıqlandırma
sistemi quraşdırılır.
Abidənin müəllifi
Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovdur.
Ü.Hacıbəylinin abidəsinin ümumi
hündürlüyü 12 metrdir. Qeyd edək ki, postament royal
formasında olub, qara qranitlə üzlənib, yüksələn
hissəsi orqan borularının simvolik təsviri kimi verilib. Üzərində
5 metr yüksəklikdə yerləşən bürüncdən
hazırlanan barelyefin fonu isə ağ mərmərdən
üzük qaşı formasında işlənib. Əks tərəfdən
isə eyni fon üzərində milli musiqi alətlərimizin,
tar, kaman və qavalın tökmə bürüncdən təsviri
yerləşib.
Ayna.- 2010.- 5 iyun.- S.20.