"Məndən bir olmayacaq"

 

İyunun 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçiriləcək. Bu barədə "Ayna"ya mərasimin təşkilatçısı Sevinc Nəcəfova məlumat verərək bildirib ki, hazırda hazırlıq işləri görülür. "Məndən bir olmayacaq" adlanan bu musiqili gecədə şairin sözlərinə bəstələnmiş məşhur mahnılar səsləndiriləcək.

Təşkilatçı xanımın söylədiyinə görə, gecədə 25 nəfərdən ibarət tanınmış sənət adamının iştirakı nəzərdə tutulur. Xatırladaq ki, nəsr nəzm janrında yazan Baba Vəziroğlunun yaradıcılığının bir qolunu son illər mahnılar yazılan şeirləri təşkil edib. Bu səbəbdən belə bir musiqili gecə zəruri sayılmışdır.

 

 

Ayna.- 2010.- 5 iyun.- S.20.