Şəfiqə Axundova: "Ömrümün son akkordlarındayam"
Bəstəkar bir xoş sözə ehtiyac duyur
"1940-cı
ildən musiqi ilə məşğulam. İndi
86 yaşım var, bu gün də
mahnı bəstələmək
istəyirəm. Amma səhhətim
pianonun arxasına keçməyə imkan vermir. Dünən gecəyarısı yuxum qaçıb, durub gözümü alətə zilləmişəm,
onun şirmayı dillərinə toxunmaq istədim. Amma ayaqlarım sözümə
baxmadı. Uzun-uzun düşündüm,
saatlarla çalışdığım
günlər yadıma
düşdü. Talehi xatırladım
(oğlu, bəstəkar
Talehi nəzərdə
tutur. İki il əvvəl
dünyasını dəyişib
- red.). O mənim tək
övladım yox, dərd ortağım idi. Onsuz tək qalmışam.
Yaxşı ki, bacım məni tək qoymur" - bu sözləri xalq artisti, Şərqin
ilk opera yazan qadını
Şəfiqə Axundova
deyir...
Bəstəkarın fikrincə, bu gün onu tək
maddi sıxıntılar
narahat etmir. Pis-yaxşı
özünü dolandırdığını
deyən musiqiçi mənəvi sıxıntılarının
az olmadığını
dilə gətirir:
"Bu sənətdə olmaq üçün çox ağır yollar keçmişəm. Ən çətin dərdlərimə
belə səbirlə
yanaşmışam. Bununla da
mən udmuşam.
Nə cür ağır şərait olursa-olsun, mahnı bəstələməkdən
əl çəkə
bilmirəm.
Bir müddət əvvəl
"Ömürdən bir
gün də keçdi" musiqisini bəstələmişəm. Doğum günümə
həsr etmişdim.
Hərdən qulaq asıb
ağlayıram. Qocalıq bir
şey deyil. İnsanın beli yerə
gəlir. 86 yaşımda yazıb-yaratmaq
istəyirəm. Sinəmdə ürəyim döyünür,
amma fiziki gücsüzlüyüm buna
imkan vermir".
Şəfiqə xanım
etiraf edir ki, onun da
cavanlıq səhvləri
az olmayıb.
Yəni gənc yaşlarında sənətə
iki əli ilə bağlanan bəstəkar ikinci övladını dünyaya
gətirmək istəməyib:
"İndiki gənclərə
sənətə çox
aludə olmamağı
tövsiyə edirəm. Mənim
bir neçə övladım ola
bilərdi, amma vaxtımı sənətə
həsr etdim, bir də ayıldım
ki, yaşa dolmuşam, yenidən ana olmaq üçün
gecdir. Hər şeyi sənətə
qurban verməyimə həm təəssüflənirəm,
həm də yox. İnsanın özünə "Mən nə üçün yaşayıram?"
sualını verməsi
çox pisdir. Əgər onun arxada buraxdığı səhvləri varsa... Mənim də ən böyük səhvim ikinci dəfə ana olmaq istəmədiyim
oldu. Yeganə övladımı itirəndən sonra bunun acısını daha çox yaşamağa başladım.
Amma geri qayıtmaq, həyatı yenidən yaşamaq mümkün deyil. Məni xoşbəxt edən
məqam yaradıcılığımdır.
Hərdən yaratdıqlarımı qarşıma töküb
uzun-uzadı onları
seyr edirəm. Düşünürəm ki, bunları
xalqım üçün
qoyub gedirəm. İnsanlar məni bunlarla xatırlayacaqlar. Hərdən musiqiçilərin yaradıcılıq
gecələrinə, tədbirlərə
getmək istəyirəm.
Ayağımdakı problemlər aradan
qalxsa da, yerimək problemim var".
Ömrünün son günlərini yaşadığını
deyən Şəfiqə
xanım gözü qapıda, qulağı səsdə olduğunu bildirir. Sənətkar onun
adını tutub qapısını açan
hər bir insanın gəlişinə
sevindiyini deyir:
"86 yaş
az deyil. Ömrümün son akkordlarındayam. Bunu bilirəm. Bir xoş sözə
ehtiyac duyuram.Sağ olsun Rəfiqə bacım, balaları.
Məni tək qoymurlar. Onların və həkimlərin diqqəti sayəsində böyük problemləri geridə qoya bildim. Amma tələbələrimin biganəliyi məni düşündürür. Mən müəllimimi, Üzeyir
bəyi ömrünün
son günlərində yalqız
buraxmırdım. Vəfatına qədər ona baş çəkdim, unudulmadığını göstərməyə
çalışdım. Amma indikilər bizə qarşı soyuqdurlar".
Səhhəti bəstəkarın musiqi gecələrinə qatılmasına
imkan verməsə də, ekrandan yeni yazılan mahnıları dinləyir
və indiki musiqi yaradıcılığından
xəbərdardır. Amma bu mövzuda onun fikirlərinin ürəkaçan
olmadığını öyrəndik.
Şəfiqə xanım
deyir ki, mahnı yaradıcılığı
kökü bilinməyən yad elementlər toplusunu xatırladır:
"Diqqət yetirirəm ki, bəlkə mahnının hansı tərzdə yazıldığını
başa düşüm. İnanın, bir şey anlaya
bilmirəm. Çünki müəllif özü nə yazdığını
bilmir. Şou-biznes əgər buna
deyirlərsə, bu bizim musiqiyə xələl gətirə bilən addır. Mən şou-biznesin nə olduğunu bilmirəm.
Bəlkə də gənclər
burada baş çıxara bilirlər,
mən bu çevrədə yazılan
mahnıları anlaya bilmirəm. Mən Şövkət Ələkbərova,
Sara Qədimova, İslam
Rzayev, Gülağa Məmmədov kimi sənətkarlarla çalışmışam
deyə, bugünkü
gənclərə bir
qədər savadsız
baxıram. Səs insanın ürəyini
titrətməlidir. İndiki gənclərin
əksəriyyətini dinləyə
bilmirəm. Bir neçə il
əvvəl mənə
mahnı almaq məqsədilə bir çox gənclər ağız açmışdı.
Mən ifaçının səsini
bəyənməsəm, onlara
mahnı verə bilmərəm. Bir çoxunu
bu adla yola
salmışam. Mahnı bəstələmək
xatirinə çalışa
bilmərəm. Əgər
bəstəm hansısa
bir ifaçının
səsində itib-batacaqsa,
heç üzə çıxmasa yaxşıdır...".
Xatun
Ayna.- 2010.- 12 iyun.- S.20.