Alim Qasımov və qızı İstanbuldan
qayıtdılar
Şöhrətli muğam ifaçısı, xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova İstanbulda keçirilən beynəlxalq konsertdə çıxış ediblər. Artıq vətənə dönən Alim Qasımovun bildirdiyinə görə, konsert İstanbulun Yerəbatan Sarıncı konsert salonunda baş tutub:
"Bura yeraltı məkandır. Bizans imperiyası dönəmindən
qalıb. Əsrarəngiz yerdir. Konsertimiz də elə orada idi. Böyük maraqla qarşılandıq.
Seyrçilər musiqimizə, ifamıza
heyran qaldılar.
Bir neçə kanala müsahibə verdik, çəkilişlər oldu.
Bir sözlə, səfərdən
məmnun qaldıq".
Konsertdə xanəndələri Rauf İslamov, Rafael Əsgərov, Cavidan Nəbiyev və Zəki Vəliyev müşayiət ediblər.
Doxsan dəqiqəlik konsert proqramı ərzində
"Mahur" dəsgahı
və "Bayatı-Şiraz"
təsnifi ifa olunub. Muğam ifaçıları bir neçə yeni təklif də alıb. Belə ki, Qasımovlar Ramazanda və dekabrda da İstanbul
və Ankarada yenidən seyrçilərin
qarşısına çıxacaqlar.
Ayna.- 2010.- 12 iyun.- S.20.