"Oğru cənnətdə, yaxud Vinçenso de Pretore"

 

Azərbaycan Dövlət Akademik Milli Teatrının səhnəsində ilk dəfə olaraq məşhur italyan dramaturqu, aktyoru rejissoru Eduardo de Filipponun əsəri səhnələşdirilib. Teatrın mətbuat xidmətindən verilən bilgiyə görə, "Oğru cənnətdə", yaxud digər adı ilə "Heç kəs" adlanan pyes "Oğru cənnətdə, yaxud Vinçenso de Pretore" adı altında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Mədəniyyət İncəsənət Universitetinin diplomçusu Xatirə Şirəliyeva, bədii rəhbəri əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Tamaşa "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb. Premyerası iyunun 10-da Gənc Tamaşaçılar Teatrında keçirildi.

 

 

Ayna.- 2010.- 12 iyun.- S.20.