Piter Fellerin Bakıda fərdi sərgisi açıldı

 

Rəssamın yağlı boya qrafika üslubunda 23 əsəri təqdim olunur

 

İyunun 9-da "Qız qalası" qalereyasında tanınmış alman rəssamı Peter Fellerin fərdi sərgisinin açılışı olub. Sərgi "Qız qalası" qalereyası, Berlindəki "Berlin-Bakı" qalereyası Almaniyanın Azərbaycan səfirliyi tərəfindən təşkil edilib. Sərgini açan Almaniya səfiri Per Stankina Almaniya Azərbaycan arasında mədəni əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Stankina söyləmişdir ki, Peter Fellerin sərgisi onun Bakıda səfir qismində təqdim etdiyi son mədəni tədbirdir ("Turan").

Peter Fellerin yaradıcılığı Azərbaycan sənətsevərlərinə tanışdır. 2007-ci ildə o, Bakıda "Qız qalası" qalereyasında kollektiv sərgidə iştirak edib. Bir il sonra isə Berlində "Bakı-Berlin" qalereyasında Azərbaycan rəssamları ilə birgə o da öz əsərləri ilə iştirak edirdi. Burada onun Qarabağ faciəsinə həsr edilmiş əsəri böyük uğur qazandı. Əsəri Azərbaycan Mədəniyyət Turizm Nazirliyi aldı.

Bakı sərgisində rəssamın yağlı boya qrafika üslubunda işlənmiş 23 işi təqdim edilir.

Peter Feller 1945-ci ildə Ştamberqdə dünyaya gəlib. Berlin İncəsənət Universitetini bitirib. Onun əsərləri ABŞ, Kanada, İsveçrə digər ölkələrdə sərgiyə çıxarılır.

Bu gün Feller təkcə rəssam kimi deyil, həm teatr dekorasiyası sənətində özünü sınayır. Almaniyanın Gettingen teatrının dekorasiyaları onun fırçasına məxsusdur.

Rəssamın Bakı sərgisi iyunun 19-dək davam edəcəkdir.

 

 

Ayna.- 2010.- 12 iyun.- S.19.