"Tovuzun toponim
dünyası"
"Tovuzun toponim dünyası" gələcək nəsillər üçün həddən artıq qiymətli kitabdır" - bunu Atatürk Mərkəzində keçirilən təqdimat mərasimində çıxışı zamanı kitabın elmi redaktoru, professor Qazənfər Paşayev bildirib. Onun sözlərinə görə, kitablar xalqın tarixini yaşadır və bu kitab da tariximizin bir parçasıdır.
Müəllif Zirəddin Xasıyevdir. Ön sözün müəllifi, millət vəkili Qənirə Paşayeva təqdimat zamanı bildirib ki, bir millət öz tarixini bilərsə, ayaq üstə dura bilər. Onun sözlərinə görə, sovet imperiyası dövründə məqsədli bir siyasət aparılaraq Azərbaycanla bağlı saxta tarix yazılırdı və tədqiqat aparıb həqiqəti aydınlaşdırmağa mane olunurdu.
"Hazırda bizim toponimlərin
bir hissəsi işğal altındadır və bu səbəbdən
onlara sahib çıxmalıyıq", - deyə deputat
bildirib. Onun sözlərinə görə, kitabda kəndlərin
adları geniş izah olunur.
Millət vəkili Nizami Cəfərov
təqdimat zamanı bildirib ki, kitabda Tovuzun toponimləri
çox ardıcıl şəkildə təşkil olunub.
"Tovuzun çox qədim tarixi var və bu bölgə aktiv
tarixi-siyasi proseslərin baş verdiyi məkandır, - o deyib.
Kitabın müəllifi Zirəddin
Xasıyev jurnalistlərə bildirib ki, "Tovuzun toponim
dünyası" adlı kitabda Azərbaycan xalqının
soykökü, təşəkkülü və inkişaf mərhələləri
ilə bağlı el-oba adlarından başlayaraq qədim
türk ellərinin mənşəyi və semantikası dəqiqləşdirilib.
Bu monoqrafik tədqiqat əsərindən
təkcə filoloqlar deyil, eyni zamanda, tarixçi, etnoqraf,
coğrafiyaşünas, sosioloq və digər mütəxəssislər,
eləcə də oxucular faydalana bilərlər ("Trend").
Ayna.- 2010.- 19
iyun.- S.18.