Bakıda Avstriya kitabxanası

 

Bakıda Avstriya kitabxanasının açılması ilə bağlı cümə axşamı müqavilə imzalanıb. Azərbaycan Dillər Universiteti (ADU) ilə Avstriyanın ölkəmizdəki səfirliyi arasında bağlanan müqaviləyə əsasən, iyunun 23-də Bakıda Avstriya kitabxanasının açılışı olacaq.

Avstriyanın Azərbaycan səfiri xanım Silviya Mayev Kaybic deyib ki, Avstriya özünün böyük mədəniyyətinin təbliği ilə məşğuldur. Hazırda 56 ölkədə Avstriya kitabxanası fəaliyyət göstərir. "Bu kitabxananın açılışı iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcək", - səfir sözlərinə əlavə edib.

ADU-nun rektoru, deputat Səməd Seyidov bildirib ki, müqavilənin imzalanması ilə iki ölkə arasında ictimai-siyasi əlaqələrin inkişafı üçün əsaslı zəmin yaranır.

Müqaviləyə əsasən, kitabxana fonduna 3000-dək kitab və müxtəlif materiallar veriləcək. Eyni zamanda, kitabxana əməkdaşlarının bir hissəsi ildə bir dəfə Vyanada 4 həftəlik təcrübə keçəcəklər.

 

 

Ayna.- 2010.- 19 iyun.- S.18.