Tarix kitablarının elektron versiyası

 

Bu gün dünyada amansız bir informasiya müharibəsi gedir. Azərbaycan bu müharibənin mərkəz hissələrində dayanır. Bizə qarşı olan bu müharibə ədalətsiz müharibədir. "Trend"in məlumatına görə, bu sözləri çərşənbə günü Azərbaycan Respublikası prezidenti İşlər İdarəsi Prezident Kitabxanasında keçirilən Azərbaycan tarixi kitablarının elektron versiyasının təqdimat mərasimində AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib. Onun sözlərinə görə, Azərbaycan tarixi, o cümlədən Qarabağ və Naxçıvanın tarixi ilə bağlı bir çox adda kitablar nəşr olunub və ermənilər bu kitablarda yazılanlara qarşı heç bir iddia irəli sürə bilmirlər. Çünki orada yazılanların hamısı tarixi faktlara əsaslanır.

Kitabxananın direktoru Mayıl Əhmədovun bildirdiyinə görə, AMEA Tarix İnstitutunun 2004-cü ildən bu günə kimi Azərbaycan tarixinə aid nəşr etdirdiyi 845 adda kitabdan 100-dən çoxunun elektron variantı hazırlanıb və kitabxananın saytında (www.rreslib.az) yerləşdirilib.

 

 

Ayna.- 2010.- 19 iyun.- S.18.