Nazir çəkilən filmlərin
keyfiyyətindən narazıdır
Film çəkilişlərinə
dövlət ildə 6 milyon manat ayırır
Azərbaycanda son illər
çəkilən filmlər tamaşaçılar tərəfindən
birmənalı qarşılanmır. Bu sözləri mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev mətbuat işçiləri
ilə söhbətində bildirib. Nazir son illər çəkilən
filmlərə müxtəlif yanaşmalar olduğunu diqqətə
çatdıraraq bildirib ki, müxtəlif ölkələrdə
də az büdcəli və çox böyük büdcəli
filmlər çəkilib:
"Azərbaycanda isə
biz bu gün
çox böyük həcmli filmlərin
çəkilişinə
vəsait ayıra bilmərik. Hər il
dövlət büdcəsindən kino
çəkilişinə 6 milyon manata qədər vəsait ayrılır və
bu vəsait hesabına biz
həm sənədli, həm də tammetrajlı filmlərin
çəkilişini həyata keçiririk.
Sözsüz ki, bəzən
çəkilən filmlərin keyfiyyəti bizi
qane etmir, bəzən
də deyirik ki, bu vəsaitə daha
maraqlı film çəkilə bilərdi.
Bu problemlərin aradan
qalxması üçün
çalışırıq və bu proses davamlı olaraq gedir".
Şəms
Ayna.- 2010.- 19 iyun.- S.20.