Səbinə Vahabzadə: "Bu, çox çətin,
eyni zamanda maraqlı bir iş idi"
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının aktrisası, yeddi ildir bu
sənət ocağında çalışan Səbinə
Vahabzadə
- Teatrdakı
karyeram "Arşın
mal alan"dan başladı. Mən Asəf Zeynallı adına Musiqi
Kollecinin aspiranturasını
bitirən kimi konservatoriyaya daxil oldum. Aspiranturanı bitirən kimi
Opera və Balet Teatrına gəldim.
Konservatoriyada müəllimim Elmira Quliyeva olub. Mənə verdiyi təhsilə görə ona çox minnətdaram.
Opera və Balet
Teatrında isə peşəkarlığımın artmasında mənə əməkdar artist, konsertmeyster
Məlahət İsmayılova
kömək etdi.
Onun musiqiyə peşəkar yanaşması mənə
karyeramda çox yardımçı oldu.
Və əlbəttə, mən bizim teatrın direktoru Arif Məlikova onun gənclərə göstərdiyi
sonsuz səbrinə görə çox minnətdaram.
- Son rolunuz haqqında
nə danışa bilərsiniz? Səhv etmirəmsə, bu yaxınlarda Heydər Əliyev Sarayında Nərgiz Paşayevanın
"İntizar" librettosunun
təqdimatı olmuşdu.
- "İntizar" operasını
bəstəkar Firəngiz
Əlizadə müasir
janrda yazıb. Bu çox
çətin, eyni zamanda maraqlı bir iş idi.
Opera professor Nərgiz Paşayevanın librettosuna
yazılıb. Nərgiz
xanımın təşəbbüsü
ilə Azərbaycana mütəxəssislər dəvət
olunmuşdu: quruluşçu
rejissor Dmitri Bertman, quruluşçu rəssam
Hartmut Şorqhefer, dirijor Vladimir Ponki, xoreoqraf Edvard Smirnov və başqaları. Bu operada iştirak
edən bütün solistlər adından, bizə bu kimi
peşəkarlarla işləmək
imkanı yaratdığına
görə Nərgiz xanım Paşayevaya dərin minnətdarlığımı
bildirmək istəyirəm.
Və əlbəttə ki, Məlahət xanım İsmayılovanın əməyini
unuda bilmərik.
O, peşəkarlıqda heç
də xarici həmkarlarından geri qalmır.
- İlk çıxışınızı xatırlayırsınızmı? Yəqin, çox
böyük həyəcan
keçirirdiniz...
- Həmin
günü unutmaq olarmı? Səhnənin pərdələri açılır və projektorların işıqları
gözlərini qamaşdırır,
qəlbin həyəcanla
dolur. Lakin ilk kəlmələri səsləndirən kimi həyəcanım keçmişdi
və hər səhnəyə çıxdıqca
getdikcə azalırdı.
- Bu gün bir çox opera ifaçısı
estrada müğənnisi
qismində çıxış
edir. Bəs sizin necə, belə tələbatınız
varmı?
- Düşünürəm
ki, bu hər
ifaçının öz
şəxsi işidir.
Hələ ki, var gücümü operaya verirəm. Lakin fikirləşirəm ki, opera və estradanı bir araya gətirmək heç də pis fikir deyil.
Beləliklə gənc nəsli
opera musiqisini dinləməyə
həvəsləndirmək olar. Çünki gənclər əsasən
estrada musiqisini
dinləyirlər. Mənə
estrada müğənnisi
ilə duet oxumaq maraqlı olardı. Məni daha çox muğam ifaçılarımızla iş
birliyi cəlb edir.
- Hazırda nə
üzərində çalışırsınız?
- Çox
maraqlı opera olacaq. İndi mən "Aida" operasından
Amneris obrazı, "Trubadur" operasından isə Azuçena obrazları üzərində
çalışıram.
Sevinc İsmayıl
Ayna.- 2010.- 19 iyun.- S.19.