Çinarə Şirinova opera sənəti
festivalında
TÜRKSOY xətti
ilə Türkiyədə
hər il
Beynəlxalq opera sənəti
festivalı keçirilir.
Builki festival Mersində
və Kiprin Girne şəhərlərində
iyunun ikinci ongünlüyündən başlayaraq
keçirilib. Festivalda
Azərbaycan opera sənətini
Akademik Opera və Balet Teatrının gənc və istedadlı solisti Çinarə Şirinova təmsil edib. Teatrın mətbuat xidmətindən verilən
bilgiyə görə,
Azərbaycan təmsilçisi
ilə yanaşı, bu festivala Türkiyə,
Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Tatarıstan,
Başqırdıstan, Xakasiya,
Qaqauz və Şimali Kipr opera teatrlarının aparıcı
solistləri də qatılıblar.
Festivalın açılışı
günü Çinarə
Şirinova Mersin Simfonik
Orkestrinin rəhbərliyi
altında P.Maskaninin
"Kənd namusu"
operasından Santutsanın
ariyasını ifa edib. Onun çıxışı
tamaşaçıların alqış sədaları
ilə müşayiət
olunub.
Girnedəki konsertdə
isə Şirinova klassik operalardan parçalarla yanaşı,
Üzeyir Hacıbəylinin
"Arşın mal alan"
operettasından Gülçöhrənin
ariyasını səsləndirib.
Onun festivaldakı çıxışı çox
böyük uğurla
keçib və konsertdə iştirak edən İstanbul, Mersin, İzmir və Ankara opera teatrlarının işçiləri
Çinarəni öz
teatrlarına qastrola dəvət ediblər.
Çinarə Şirinovanın
çıxışı TÜRKSOY-un baş katibi Düşen Kaseyinov tərəfindən də
yüksək qiymətləndirilib.
Ayna.- 2010.- 19 iyun.-
S.19.