İki film bərpa edilib

 

Bu il Azərbaycanın görkəmli rejissoru Həsən Seyidbəylinin 90 illik yubileyidir. Yubiley münasibəti ilə rejissorun quruluş verdiyi "Nəsimi" filmi bərpa olunaraq Dövlət Film Fonduna daxil olub. Bunu qəzetimizə filmfondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev söylədi. Fond rəhbəri bildirdi ki, "Nəsimi" filmi ilə yanaşı, Tofiq Tağızadənin quruluş verdiyi "Dədə Qorqud" filmi bərpa olunub. Hər iki film fonda daxil edilib.

 

 

Ayna.- 2010.- 19 iyun.- S.19.