Bakının baş
rəssamının Gəncə sərgisi
Paytaxtın baş rəssamı Cavanşir Əliyevin Gəncə şəhərində
ilk sərgisi açılmışdır. Rəssam Gəncə
sənətsevərlərinin mühakiməsinə özünün
30-a yaxın əsərini
təqdim etmişdir.
Onların arasında müxtəlif ölkələrin
dövlət və hökumət
başçılarının xalça üzərində
toxunmuş və onlara bağışlanmış portretlərinin
örnəkləri, rəssamın eskizləri əsasında
toxunan tirməli və müasir xalçalar da vardır.
Cavanşir Əliyev tanınmış rəssam,
xalça mütəxəssisi
Kamil Əliyevin oğludur və atasının ilk sərgisi
də 30 il
öncə Gəncədə
açılıbmış.
Sərgi Gəncədə
üç günlükdür. Cavanşir Əliyev sonra əsərlərini
paytaxtda da sərgiləmək fikrindədir
Ayna.- 2010.- 19 iyun.- S.19.