"Azərbaycanda mədəniyyətə
böyük hörmət bəsləyirlər"
Ötən həftəyə Gürcüstan
Mədəniyyət Günləri
möhür vurdu
Ötən həftə paytaxtın mədəni həyatına
Gürcüstan Mədəniyyət
Günləri öz möhrünü vurdu. Azərbaycan və
Gürcüstan arasında iqtisadi əməkdaşlıq
üzrə birgə Hökumətlərarası Komissiyanın
beşinci Protokoluna əsasən, iyunun 21-24-də Azərbaycanda
Gürcüstan mədəniyyəti üzrə
Altkomissiyasının ikinci iclası keçirildi. Azərbaycan Respublikasının mədəniyyət
və turizm naziri Əbəlfəs Qarayev Gürcüstanın
mədəniyyət, abidələrin mühafizəsi və
idman nazirinin müavini Marina Coqoşvili başda olmaqla
qonaqları salamladı. Nazir dedi:
"Biz ölkələrimizin siyasi
inteqrasiyasını və
dövlət başçılarımızın
gözəl münasibətini
nəzərə alaraq,
beynəlxalq mədəni
əlaqələrimizin genişlənməsinə
təkan verməliyik. Gələcəkdə
bu mədəniyyət günlərini həm paytaxtda, həm də
regionlarda keçirmək nəzərdə tutulur. Gələn ilin aprel ayında mədəniyyət
nazirlikləri arası dialoq keçiriləcək və bu
forumda sizlərin iştirakını da arzu edirik".
Öz növbəsində Marina Coqoşvili dedi:
"Mən bütün heyətimiz adından Bakıda olmağımızdın
dolayı böyük
məmnuniyyət hissi
keçirdiyimizi bildirirəm. Azərbaycanda
mədəniyyətə böyük hörmət bəsləyirlər
və bundan irəli gələrək biz dolğun bir proqram
hazırladıq. Həmin proqrama Rustaveli
teatrı və Gürcüstan Dövlət Akademik Rəqs
Ansamblı da daxildir. Həm azərbaycanlıların,
həm də gürcüstanlıların cazı çox
sevdiklərini nəzərə alaraq, Azərbaycana caz
ustalarımızla təşrif buyurduq. Biz
də öz növbəmizdə gələcəkdə mədəniyyət
əlaqələrimizin genişlənməsi üçün
əlimizdən gələni edəcəyik".
İyunun 22-də Səttar Bəhlulzadə
adına Mərkəzi Sərgi salonunda
Gürcüstan Mədəniyyət Günləri çərçivəsində
qonşu ölkənin tanınmış rəssamı Rusudan
Petriaşvilinin sərgisinin açılışı oldu. Mədəniyyət və turizm nazirinin müavini Ədalət
Vəliyev açılış mərasimində
çıxış edərək Azərbaycanda
Gürcüstan Mədəniyyət Günlərinin
keçirilməsini yüksək qiymətləndirdi.
Nazir müavini bildirdi ki, ötən il
Gürcüstanda keçirilən Azərbaycan Mədəniyyət
Günləri də bu cür maraqla qarşılandı. Gürcüstanın mədəniyyət, abidələrin
mühafizəsi və idman nazirinin müavini Marina Coqoşvili
öz növbəsində Azərbaycanla
qarşılıqlı əməkdaşlıqdan məmnunluğu
dilə gətirdi.
Rəssam Rusudan Petriaşvili Azərbaycan izləyicilərinə
ilk dəfə təqdim
olunurdu. Rusudan xanım dedi:
"Bu mənim Azərbaycanda ilk sərgimdir. Bir neçə gün əvvəl
Parisdən qayıtmışam. Orada mənim
yaradıcılıq sərgim keçirildi. Bu sərgidə
isə mənim 40-a qədər əl işim nümayiş
etdirilir. Bu yaradıcılıq nümunələri bu zamana
kimi heç yerdə sərgilənməyib. Bu əsərlərin
ilk tamaşaçısı çox sevdiyim Azərbaycan sənətsevərləridir".
Sərgidə nümayiş olunan bu əsərlər kağız, ipək və kətan üzərində hazırlanıb. Rusudan Petriaşvilinin bu
zamana kimi Vyana, Budapeşt, Madrid, London, Moskva, ABŞ və
İsveçrədə sərgiləri təşkil olunub. Sərgiyə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
də baxıb və müəllifi təbrik edib.
Gürcüstan Mədəniyyət Günləri
çərçivəsində bu ölkənin mədəniyyət və
incəsənət xadimləri
maraqlı proqramla çıxış etdilər. Mədəniyyət Günləri iyunun 24-dək
davam etdi.
Sevinc İSMAYIL
Ayna.- 2010.- 26 iyun.- S.19.