Toğrul Nərimanbəyov - 80

 

Prezident İlham Əliyev müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Toğrul Fərman oğlu Nərimanbəyovun 80 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Toğrul Nərimanbəyovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Toğrul Nərimanbəyov mahir boyakar, monumentalist teatr rəssamı kimi öz fitri istedadı sayəsində mədəniyyətimizə dəyərli töhfələr vermişdir. Azərbaycan incəsənətinin zəngin ənənələrindən qidalanan bənzərsiz üslubu ilə səciyyələnən sənətkarın yaradıcılığı qısa müddətdə böyük şöhrət qazanıb. Onun əsərləri müxtəlif muzey kolleksiyalarda nümayiş etdirilir.

 

 

 Ayna.- 2010.- 26 iyun.- S.19.