"Qadın ətri" təsviri sənət sərgisi

 

Martın 5-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Qadın ətri" təsviri sənət sərgisinin açılışı keçirilib. APA-nın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar İttifaqı tərəfindən birgə təşkil olunan sərgi Hüseyn Cavidə məxsus "Bəşəriyyət qadınla yüksələcək" devizi altında keçirilir.

Sərgidə xalq rəssamı Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Toqrul Nərimanbəyov, əməkdar incəsənət xadimi Vəcihə Səmədova kimi sənətkarlarla yanaşı, Sakit Məmmədovun, Niyaz Nəcəfovun, Elşən Sərxanoğlunun və digər rəssamların əsərləri tamaşaçılara təqdim olunub. Açılış mərasimində Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Bakı şəhər İH başçısının müavini Fidumə Hacıyeva, Qarabağ döyüşçüsü Gülarə Musayeva, Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun müdiri Azadə Hüseynova çıxış ediblər.

 

 

Ayna.-2010.-6 mart.-S.20.