Gülnarə Səfərova:"Şövkət xanım barəsində danışanda..."

 

Onun repertuarına müraciət olunur, lakin onun kimi oxuya bilirlərmi?

 

Tofiq Quliyev adına 12 saylı onbirillik uşaq musiqi məktəbinin direktoru Gülnarə Səfərova ilə söhbətimiz ondan başladı ki, bu təhsil ocağı başqa musiqi məktəblərindən fəallığı ilə seçilir. Gülnarə Səfərova bunu belə izah edir:

- Ən başlıcası, bu məktəb Tofiq Quliyev kimi şöhrətli bir bəstəkarın adını daşıyır. Məncə, başqa cür ola bilməzdi. Mən bu məktəbə yeni gələndə kollektivə söyləmişdim ki, yaxşı varsa, onu qoruyub saxlamalıyıq, amma mütləq irəli getməliyik, yeniliklər olmalıdır. Çox sağ olsun bu kollektiv, məni tez qəbul etdi, dəstək verdi. Bir çox musiqi məktəbləri bu gün bizim məktəbi özlərinə örnək sayır. Arzu edirəm bütün musiqi məktəblərimiz nümunəvi olsun. Problemlər həmişə var, amma biz onları həll etməliyik, çünki mədəniyyət həmişə öndədir milləti, ölkəni tanıdan ilk öncə onun mədəniyyətidir.

2009-cu ildə bizim 54 tədbirimiz təqdim olundu. Həftənin yeddi günü bizim məktəb işləyir. Yenicə bizdə "Xalq Çalğı Alətləri" ansamblı yaradılmışdır. Təbii ki, şagirdlərdə böyük həvəs oyatdı. İnşallah, başqa şöbələrdə ansambllar yaratmağı qarşımıza məqsəd qoymuşuq. Hal-hazırda xanəndə vokal siniflərimiz var. Onu da qeyd etmək istəyirəm ki, ötən illərdə məktəbimizin xoru zəif idi, bu gün isə xorumuz müsabiqələrdə iştirak edir, Fəxri Fərmanlara layiq görülür.

Musiqi məktəbimiz Zaqatala, Quba, Şamaxı, Şəki, Gəncə şəhərlərində regionların musiqi məktəbləri ilə birlikdə, konsert proqramları ilə çıxış etdilər. Məncə, bu, şagirdlərimiz üçün bölgələrimizin tarixini öyrənmək, yerli uşaqlarla ünsiyyətə girmək üçün çox gözəl fürsətdir.

Bizim peşəkar müəllimlərimizə təşəkkürümü bildirmək istəyirəm, çünki çoxları könüllü olaraq bu konsertlərdə iştirak etdilər.

- vaxtdan bu sahədə çalışırsınız?

- 29 ildən artıqdır ki, müəllim kimi müxtəlif musiqi məktəblərində çalışmışam. Bakı Musiqi Kollecində bu günə kimi dərs deyirəm, orda ikinci ixtisasım psixologiya sosiologiya fənləridir.

- Biz biləni, musiqi ilə bağlı ailədənsiniz. Yaxın keçmişin gözəl mahnı ifaçısı Şövkət xanım Ələkbərovanın gəlini olmusunuz. Onu necə xatırlayırsınız?

- Əlbəttə, Şövkət xanım barəsində danışanda kədərlənməmək mümkün deyil. Mən 18 yaşımdan onun yanında olmuşam, demək olar ki, onun tərbiyəsini almışam. Şövkət xanım xalqına, ölkəsinə, musiqiyə hədsiz dərəcədə bağlı olan bir sənət adamı idi. bir görəndə mən həmişə özümə sual verirəm, görəsən Şövkət xanım sağ olsaydı, bu işimi bəyənərdimi? Bəlkə çalışqan olmağım bununla bağlıdır.

Gözümün önündə Şövkət xanım Tofiq Quliyev başqa bəstəkarların yeni mahnılarını ilk dəfə ifa edib. Mən özündən sonra bu qədər tələbə, bu boyda məktəb qoyub gedən ikinci sənətkar tanımıram. İfaçılıq sənəti ilə yanaşı bu işin pedaqoji tərəfinə böyük önəm verirdi. Təsadüfi deyil ki, bu gün bir çox ifaçılar Şövkət xanımın repertuarına müraciət edirlər. Amma o mahnılara ikinci həyat verə bilirlərmi? Məncə, "Füzuli kantatası" kimi əsərlərə heç toxunmaq lazım deyil. Düzdür, çalışırlar ifa etməyə, amma bu bir çoxlarının fikridir ki, Şövkət xanım kimi mahir ifaçı hələ yoxdur. Ümid edirik ki, olacaq.

- Məktəbdə hansısa nailiyyətlərinizdən danışa bilərsinizmi?

- Bir il olar "Azərbaycan musiqisinin tarixi tədrisi" adlı ictimai birlik yaratmışıq, qeyri-hökumət təşkilatı olmasına baxmayaraq, dövlətin dəstəyi ilə fəaliyyət göstərir. Mənə bu təşkilatın sədri olmaq təklifi ilə müraciət etdilər mən böyük məmnuniyyətlə bu təklifi qəbul etdim. Təşkilata Bakının bütün musiqi məktəbləri cəlb olunub. Artıq "Muzeydə musiqi axşamları" adlı layihəyə start vermişik. Bu gecələr tanınmış bəstəkarlarımıza həsr olunur onların əsərlərini Bakı musiqi məktəblərinin Müəllimləri ifa edir. Artıq İncəsənət Muzeyində Fikrət Əmirov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Musa Mirzəyevə həsr olunmuş konsertlərimiz oldu. Bizim musiqi məktəblərinin şagirdləri ölkə beynəlxalq müsabiqələrdə iştirak edirlər. Çox istərdik ki, onların peşəkar müəllimləri daim səhnələrdə olsunlar, kölgədə qalmasınlar.

 

 

 Sevinc İsmayıl

 

Ayna.-2010.-6 mart.-S.19.