Səfa Mirzəhəsənov:
"Bravo Bakı tamaşaçısına, bravo!"
Yevgeniya Nevmerjitskaya: "Hər bir rolumuz uşaq
kimidir..."
S.Vurğun adına Azərbaycan
Dövlət Rus Dram Teatrının aktyorları, Xalq artisti Səfa
Mirzəhəsənov və onun həyat yoldaşı Əməkdar
artist Yevgeniya Nevmerjitskaya ilə söhbətimizdə Yevgeniya
xanımın bu sözü yaddaşıma həkk olundu:
"Hər bir rolumuz uşaq kimidir, o, ürəyimizin bir hissəsidir,
bizim qanımızdır, əsəblərimizdir".
Bu yaxınlarda
Milli Teatr günü qeyd olundu. Bir sıra
aktyorlar mükafatlandırıldı.
Öndə gedən teatrlarımızın sırasında
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrını xüsusi olaraq qeyd etmək istərdim, çünki bu teatr həm
artistləri, həm də tamaşaçıları
ilə fərqlənir.
Bu gün bu teatrın məşhur cütlüyü ilə söhbətləşmək imkanı
düşmüşdü. Deyirəm:
- Əlbəttə
ki, teatrımızdan müəyyən anlayışı
olan insanlar sizin ikinizi də
çox gözəl tanıyırlar, istərdim
ki, oxucularımıza
özünüzü təqdim
edəsiniz. Uşaqlıq
illərindən danışasınız,
necə oldu teatra gəldiniz...
Y.N. - Mən çox gözəl bir məkanda - Altıağac
qəsəbəsində, yay
fəslində anadan olmuşam. Baxmayaraq ki, mən Bakı
şəhərində böyümüşəm,
təhsil almışam,
tez-tez Altıağacda
olan bağımıza
gedərdik, ona görə Altıağacı
öz balaca Vətənim hesab edirəm. Orada möcüzəli hava, dağlar var. Mənim qəhrəmanım Ranevskayanın
"Albalı bağ"ı
var idi, mənim isə dağda almalı bağım var idi (gülür).
Mən 1962-ci ildə
indiki Mədəniyyət
və İncəsənət
Universitetinə qəbul
olunmuşam və həmin ildə məni artıq Rus Dram Teatrına işə qəbul etdilər. Teatrın truppasından ailə problemlərinə görə
gənc aktrisa çıxdı və teatr rəhbərliyi bizim instituta aktrisa seçməyə gəldi.
Artıq 18 yaşında
mən səhnədə
idim. Amma sanki dünən gəlmişəm teatra, baxmayaraq ki, səhnədəki fəaliyyətim
artıq yarım əsrə yaxınlaşır.
Artıq 50 ilə yaxındır mən bizim Rus Dram Teatrına xidmət edirəm...
S.M. - Mən isə Balakən rayonunda doğulmuşam. Teatra isə 1979-cu ildə, institutda oxuyarkən gəlmişəm. Və artıq 30 il müddətində öz
həyat yoldaşım
kimi mən də bu teatra
xidmət edirəm. Əvvəl nağıllarda
oynayırdım, sonradan
baş qəhrəmanları
ifa edirdim və onlar həddindən
artıq çox olub. Onların arasında Anarın "Təhminə"sində Zauru,
"Kral Lir"də
Edmundu, A.P.Çexovun
"Qağayı" əsərində
Qriqori kimi baş rollarım olub. Nəmçinin burda Elçinin "Mənim ərim dəlidir", "Mənim
sevimli dəlim" tamaşalarını da bu sadaladıqlarıma əlavə etmək istəyirəm.
Y.N. (sözünü kəsərək)
- Bir sözlə, əgər teatrımızın
afişasında olan repertuara nəzər salsanız, görəcəksiniz
ki, hər yerdə baş rolda Azərbaycan Respublikasının Xalq artisti Səfa Mirzəhəsənovdur!
- Yevgeniya xanım,
öz rollarınız
haqqında nə danışa bilərsiniz?
Y.N. - Bizim teatrdakı bütün mövcudluğumuza
nəzər salsaq, rollarımızın sayı-hesabı
olmaz. Və hər rolumuz uşaq kimidir, o ürəyimizin bir hissəsidir, bizim qanımızdır, əsəblərimizdir.
Bilirsiz, Allah insana bir həyat verir, amma biz aktyorlar çox həyatlar yaşayırıq
və əlbəttə,
yaradıcılıq bizim
ömrümüzü uzadır,
bizə güc və sağlamlıq verir.
- Siz həm səhnədə tərəf-müqabilsiz,
həm də həyat yoldaşı. Necə oldu ki, tanış oldunuz, ailə qurdunuz?
Y.N. - Teatrda rastlaşdıq və artıq 19 ildir ömür yolunda birlikdə addımlayırıq. Sanki aramızdan
bir qığılcım
keçdi və mən Səfaya xoş təəssürat
bağışladım. O, dalımca çox qaçırdı (gülür).
Biz heç zaman bir yerdə darıxmamışıq.
. Səfa
daha yumşaq insandır, mənim xasiyyətim isə bir az ağırdır,
buna baxmayaraq biz bir-birimizi çox gözəl başa düşürük.
S.M. - Bilirsiz, hər insanın həyatında elə bir insan
olmalıdır ki, onsuz yaşaya bilməyəsən. Jenya məhz həmin insandır. Mən onsuz yaşaya bilmirəm. Mən onu sevmişəm, mən onu sevirəm
və inanıram ki, sevəcəyəm! Həm insan kimi, həm də aktrisa kimi. Bizim həyatımızda
çoxlu kədərli
və sevincli anlar olub. Hər
insanın həyatında
ağ və qara xətlər olur, arzu edirəm
ağ xətlər həyatımızda daha çox olsun. Mən hələ institutda oxuyarkən, Yevgeniya artıq teatrda oynayırdı. O, misilsiz dərəcəsində
gözəl idi. Bu ucaboy, yaraşıqlı xanım həmişə hündürdaban ayaqqabı
geyinirdi (gülür).
Sonra mən teatra gəldim və biz səhnəyə
bir yerdə çıxmağa başladıq.
(Sevimli həyat yoldaşı yenə sözünü kəsir:
hətta bir nağılda mən tülkünü, o isə
xoruzu oynayırdı
(gülür).
Səfa bəy davam edir:
- Bilmirəm
bunu necə adlandırım, yəqin,
qismət üzümüzə
güldü. Xatırlayıram
ki, 1991-ci ildə biz
"Albalı bağı"
tamaşasının premyerasını
qeyd edirdik. Demək olar, hər şey o gündən başladı...
Və artıq
19 ildir birlikdəyik. Bilirsiz, bizim Jenya ilə birgə evdə öz adətlərimiz
var. Biz bütün bayramları
qeyd etməyi çox sevirik, xüsusi ilə Yeni ili. Və
hər kəs ki, bayram ərəfəsində
bizə qonaq gəlir, özünü nağıllar aləminə
düşmüş hesab
edir.
Y.N. - Biz həm Novruz bayramını, həm yəhudi pasxasını, həm də rus pasxasını qeyd edirik.
- Siz ikiniz də peşəkar şuranın
üzvlərisiniz. Bəs
bugünkü gənc
aktyorların ifasından
razısınızmı?
Y.N. - Bizim gənclər çox istedadlıdır.
Xatırlasaq, görərik
ki, universitetin rus sektorunun sonuncu buraxılışı
1990-cı ildə olub.
Sonradan rus sektoru yox idi.
Bizdə Rus Dram Teatrında həmçinin
xoreoqrafiya məktəbinin
məzunları da çalışırlar və
teatrımızın nəzdində
fəaliyyət göstərən
studiyada öz nitqləri, hərəkətləri
üzərində çalışırlar.
Mən gənc artistlərimizdən çox
razıyam. Düşünürəm
onları nədəsə
suçlamaq düzgün
deyil, çünki yalnız bu sənəti dəlicəsinə
sevən gənc teatrda aldığı qəpik-quruşa baxmayaraq,
öz işini tərk etmir. Bu vəziyyətdə aktyorlara
lap çətindir, çünki
onlar həm də ailə saxlayırlar.
S.M. - Bundan əlavə, aktyor yaxşı geyinməlidir və həmişə öz adına layiq görünməlidir.
- Bəs Azərbaycan
tamaşaçısı ilə
necə, razısınızmı?
S.M. - Bəli və bir də Bəli!
Üstəlik bütün
nəsillərlə razıyıq.
Biz teatrın yaxınlığında
yaşayırıq və
mənə çox xoş olur, nə vaxt ki,
gənclər bizim qabağımızı kəsib
tamaşaya görə
öz minnətdarlığını
bildirirlər. Gördüyünüz
kimi repertuarımız
ildən-ilə genişlənir.
Martın 27-də isə
hamınızı "Karamazov qardaşları" tamaşasının
premyerasına dəvət
edirik. Qeyd edək ki, 27 mart Teatr günüdür.
Y.N.
- Mən isə öz növbəmdə onu qeyd etmək istəyirəm
ki, biz ölkədən kənar gözəl klassiklərimizin
və dramaturqlarımızın əsərlərini səhnədə
ifa edirik, misal üçün "Fərhad və
Şirin". Biz bütün MDB-ni, Ukraynanı gəzmişik.
Bakıda isə Ostrovski, Çexov kimi dramaturqların əsərlərini
səhnələşdiririk. Onu da hökmən qeyd etməliyəm
ki, bizdə səfərdə olan aktyorlar
tamaşaçılarımızın isti münasibətindən
şoka düşürlər. Bakı tamaçısının
yer üzündə tayı-bərabəri yoxdur.
S.M. -
Mən bütün bakılı
tamaşaçılarımıza söyləmək istəyirəm
ki, biz onlardan çox razıyıq və onlar
üçün xoşbəxt olmağa
çalışırıq. Və əgər onlar öz
istirahət günlərində bizim teatra təşrif
buyururlarsa və biz onlara sevinc bəxş ediriksə, bu bizim
üçün böyük saadətdir. Adətən onlar
bizim üçün zaldan "Bravo!"
qışqırırlar, bu səfər mən: "Bravo
Bakı tamaşaçısına, bravo!" demək istəyirəm.
Sevinc İsmayıl
Ayna.-2010.-13 mart.-S.19.