"Qızıl Çarx" sahiblərini tapdı

 

ATİB yeni nominantlarını açıqladı

 

Azərbaycan - Türkiyə İş Adamları Birilyinin (ATİB) "Qızıl Çarx" mükafatının təqdimetmə mərasimi keçirilib. Hər il ənənəvi olaraq qurum Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişaf etdirilməsi və iki ölkənin regional nüfuzunun artmasına ən çox töhfə verən hadisə üzrə müxtəlif nominasiyalarda "Qızıl Çarx" mükafatını təqdim edir.

Qurumun İdarə Heyəti bu münasibətlə üç nominasiyada - "İlin Dövlət Adamı", "İlin Qeyri-hökumət Təşkilatı", "İlin Elm Adamı" nominasiyaları üzrə mükafatların verilməsi barədə qərar qəbul edib. Eyni zamanda, bu il məxsusi olaraq "Xüsusi Təşəkkür Mükafatı" təsis edilib.

Tədbirdə Milli Məclisin sədri Oqtay Əsədov və Türkiyə Böyük Millət Məclisinin sədri Məhmət Əli Şahin Azərbaycan və Türkiyə arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPa) yaradılması və fəaliyyətə başlamasında verdikləri töhfəyə görə "İlin Dövlət Adamı" nominasiyasında mükafata layiq görülüblər.

Sonda Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Köksal Toptan isə "Xüsusi Təşəkkür Mükafatı"na layiq görülüb.

 

 

Z.Rüstəm 

 

Ayna.-2010.-20 mart.-S.18.