İki rəssam qızın birgə sərgisi

 

Baxmayaraq ki, onlar gimnaziya tələbələridir

 

Aprelin 28-də İncəsənət Gimnaziyasında təsviri incəsənət bölməsinin iki tələbəsi Fidan Həsənova Kamilə Şirinovanın fərdi sərgisinin açılış mərasimi idi. Təntənəli açılış mərasimində Gimnaziyanın direktor müavini Kamilə Kərimova çıxış edərək qeyd etdi ki, gənc rəssamların hər ikisi istedadlı tələbələrdir bu, gənc rəssamların ictimaiyyətə təqdim etdikləri ilk sərgi deyil. "2009-cu il mayın 9-da K.Şirinova Gül bayramına həsr edilmiş sərgi-müsabiqədə iştirak etmişdi. Həm Fidan, həm Kamilə ziyalı ailələrin övladlarıdır. Bizim müəllimlərimiz bu gənclərdən hər zaman razı olub" - deyə direktor müavini qeyd etdi. Daha sonra söz hər iki gənc rəssamın valideyninə verildi. Onlar da öz növbəsində Kamilə Fidanın rəsm əsərlərinin süjetlərini necə fikirləşdiyi onları necə ərsəyə gətirdikləri barədə söz açdılar. Sonra qonaqlar sərgi ilə tanış oldular. Sərgidə rəsm əsərlərindən başqa Kamilə Şirinova tərəfindən hazırlanmış heykəltəraşlıq əsərləri nümayiş etdirilirdi.

 

 

 Ayna.-2010.-1 may.-S.18.