"Qarın şərhi" Tiflisdə
nəşr edildi
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, gənc şair, tərcüməçi Səlim Babullaoğlunun Tiflisdəki "Qafqaz Evi"ndə "Qarın şərhi" adlı kitabı nəşr olunub. Bu barədə şairin özü danışaraq bildirib ki, kitabdakı şeirləri gürcü və azərbaycanlı şair-tərcüməçilər - Şota İataşvili, İmir Məmmədli, Zviad Ratiani, Oqtay Kazımov və Nelli Məmmədli çeviriblər. Kitabın müəllifi bildirdi ki, yeni nəşrdə şairin son dövrlərdə yazdığı şeirləri öz əksini tapır.
Səlim Babullaoğlu
şeirlər və hekayələr müəllifidir. Rus, türk və ingilis ədəbiyyatından çevirmələri
vardır. S.Babullaoğlu
bir sıra milli və beynəlxalq
mükafatların laureatıdır.
Ayna.- 2010.- 8 may.- S.20.