Məmməd Səid Ordubadinin ev muzeyinin açılışı olub

 

Məmməd Səid Ordubadinin ev muzeyinin açılışı olub. Xatırladaq ki, muzeyin yaradılmasının 30 illiyi ilə əlaqədar 2006-cı ildən Mədəniyyət Turizm Nazirliyi tərəfindən sənət ocağında əsaslı təmir, 2009-cu ildə isə bədii tərtibat işləri aparılıb.

Məlumat üçün bildirək ki, xatirə muzeyi 1979-cu ildə yaranıb. Ədib bu evdə 1938-1950-ci illərdə, ömrünün son günlərinədək yaşayıb. Muzeydə Ordubadiyə aid 2000-ə yaxın eksponat qorunub saxlanılır. Məmməd Səid Ordubadi yazıçı, dramaturq, jurnalist, librettolar müəllifi kimi tanınmış, "Dumanlı Təbriz" ilə ədəbiyyatımızda novator romançı kimi yeni ədəbi örnək yaratmış Azərbaycanda tarixi roman janrının təməlini qoymuşdur. Bu ünvan Məmməd Səid Ordubadinin bədi yadigarlarının məkanı olmaqla yanaşı, həm elmi-tədqiqat mədəni maarif müəssisəsidir. Qeyd edək ki, ədibin xatirə muzeyinin açılışında Mədəniyyət Turizm Nazirliyinin əməkdaşları, dövlət muzeylərinin işçiləri sənət adamları iştirak ediblər.

 

 

Ayna.- 2010.- 15 may.- S.20.