Alim Qasımov şəhərdə sıxılır
Odur ki,
yaradıcılıq həvəsini
kənd yerində tapır
Xalq artisti Alim Qasımov yaşlanmaqdan qorxmur. Dediyinə görə, əksinə, ona elə gəlir ki, məsuliyyəti azalır: "Etiraf edim ki, mənə 50-dən artıq yaş vermirlər. Hərdən fikirləşirəm ki, belə ağır janr, ağır bir musiqi ilə məşğul olan adam kimi indi mənim 120 yaşım olmalıydı. Yəni gördüyüm iş, həyat tərzi, yaşatdığım musiqini nəzərə alsam, deyə bilərəm ki, mən çox yaşamışam".
Söhbət əsnasında öyrəndik ki, bu yaşda onu narahat edən məsələlər var. Xanəndənin dediyinə görə, narahatlığı görəcəyi işlərlə bağlıdır:
"Məsələ ondadır ki, tutduğum proqramların öhdəsindən gəlib-gələ bilməyəcəyim məni düşündürür. Özümə maraqlıdır ki, görəsən, bundan sonrakı proqramlar necə olacaq? Hansı addımlar atılacaq? Özüm də nəyin necə olacağını izləyirəm".
Yaradıcılığı barədə söhbət açan xanəndə deyir ki, əslində o, muğamın heç bir sirrini açmayıb. Amma çalışır ki, bu sahədə bacardığını etsin. A.Qasımov söyləyir ki, qızından başqa da tələbələri var. Dediyinə görə, şəxsən ondan dərs almasalar da, ondan öyrənənlər az deyil. Yeri gəlmişkən, xanəndə deyir ki, onun müəllimi olmasa da, başqalarından çox şey öyrənib.
Bəlli olduğu kimi, xanəndə konsert verərkən səhnədə bardaş qurub oturur. Bu məsələyə aydınlıq gətirən A.Qasımov söyləyir ki, bu, bədahətən baş verib:
"Bir dəfə Belçikada olarkən gördük ki,
səhnə yerdə
qurulub.
Dedik ki, biz yerdə otura bilmərik, stul gətirin. Bizimlə razılaşaraq stul gətirməyə getdilər.
Onlar gələnə
qədər yerdə oturub bir qədər
məşq etdik. Gördük ki, bu ayrı aləmdi.
Bu vəziyyətdə
həm mən, həm də tar və kamança ifaçıları rahat olurlar. O konserti yerdə verdim. O gündən də "yerdəyik".
İstirahəti barədə
söhbət açan
A.Qasımov deyib ki, onun üçün
istirahət hər yerdə var. Amma qısamüddətli:
"Bu, yarım
saat, ya da bir gün
ola bilər. İstirahət etməyi bacarmıram. Ümumiyyətlə,
bunun yolunu bilmirəm. Xörəklərə
gəldikdə, mən
düyünü plov kimi deyil, daşma
kimi bişiriləndə
sevirəm. Özümü
saxlaya bilməyəndə
ona ət də qatıram. Amma çalışıram
ki, çox enerjili yemək olmasın. Çünki fiziki iş az görürəm. Onu deyə bilərəm
ki, iştaham həmişə var. Bütün
yeməkləri də
yemək istəyirəm".
Məlumdur ki, adətən kənd yerlərində doğulmuş
insanlar sonradan şəhərdə yaşasalar
da, ömürlərinin
ixtiyar günlərini
doğulduqları yerlərdə
keçirməyi üstün
tuturlar. Bəs Alim Qasımov ömrünün ixtiyar çağını harada
yaşamaq istərdi?"
sualını cavablandıran
xanəndə qeyd edir ki, bu
günə qədər
ömrünün çox
hissəsini rayonlarda keçirib. "Ona görə də adətən insanlarla çox sakit yerlərdə görüşüb,
söhbət etməyə
çalışıram. İnsanların
gur olduğu yerlərdən uzaq, sakit yerlərdə olmaq daha yaxşıdır.
Belə yerlərdə
mənəviyyat var. Mənəviyyat
qalan rayonlarda düşünülmür ki,
harada otura bilərəm. Fikirləşmirsən
ki, bura otluqdu, nəmdi, şalvarım bulanar. Ona görə də mənim belələrinə münasibətim
daha yaxşıdır.
İnsanda yaradıcılıq
həvəsi belə yerlərdə baş qaldırır", - deyən
A.Qasımov bildirir ki, son vaxtlar şəhər mühiti onu sıxır.
Şəhərdə hər şeyi bəyəndiyini desə də, xanəndə düşünür
ki, şəhərdə
sanki hamı əsəbi və gərgindir. Söhbət əsnasında öyrəndik
ki, bu gərginliyi
öz üzərində
də hiss edir. Ona görə də bu hallardan
qaçmağa çalışır:
"Tanrımla danışa
bilmərəm, ondan həmişə kömək
diləyirəm. Hər
şeyi Tanrı yaratdığı üçün
üzümü ona tuturam".
Zəminə
Ayna.- 2010.- 15 may.- S.20.