Azərin repçi ilə
oxudu
Onun seçimi
Uran oldu
Əməkdar artist Azərin
repin dünya çatında daha çox dinləndiyini nəzərə alaraq, bu janrın ifaçılarından biri
ilə duet oxuyub. Bu barədə danışarkən
bildirdi ki, onun tərəf-müqabili
Urandır:
"Bu gün sivil ölkələrdə rep daha
çox dinlənən
bir janrdır. Məşhurların çoxu ifalarında repə yer ayırırlar.
Mən də çərçivədən kənara
çıxmadan vətənpərvər
mahnılarımdan birini
repin qarışı
ilə oxumaq istədim və Uranı seçdim".
Azərin bildirdi ki, vətənpərvər
ruhlu mahnını gənclərə və eyni zamanda ölkədən
kənara bu səpkidə çıxarmaq
və onu dinləyiciyə sevdirmək
daha asan olar.
"Əsas niyyətim vətəni tərənnüm
edən mahnıların
sayını artırmaqdır. İstənilən əsəri ifa edərkən, əvvəlcə
onun sözlərinə
fikir verirəm. Amma bəzən gənclərin
də zövqünü
nəzərə almaq
lazımdır. Ona görə
də, yenilik etmək qərarına gəldim" - deyə əməkdar artist bildirdi.
Azərin sonda qeyd etdi ki, Türkiyədəki
çıxışlarında həmin mahnını mütləq repertuarına
daxil edəcək.
Şəms
Ayna.- 2010.- 15 may.- S.24.