Elza Seyidcahana pul təklif olunub
Sənətçi isə mahnısını Veysin həyat
yoldaşına bağışlayıb
Müğənni Elza
Seyidcahanın İstanbulda ekranlaşdırdığı
"Həsrət nəğməsi" mahnısına
müştəri çıxıb. Musiqisi özünə,
sözləri millət vəkili Qənirə Paşayevaya məxsus
olan mahnını türkiyəli müğənni Veysin həyat
yoldaşı oxumaq qərarına gəlib. Bunun
üçün Elza Seyidcahana pul təklif edib:"Veysin həyat
yoldaşı mənə mahnını oxumaq istədiyini
bildirdi və bunun müqabilində pul təklif etdi. Məbləğ
heç də az deyildi. Amma mən həmkarlarımla
münasibəti maddiyyat üzərində qurmaq istəmədim
və qonorarı götürməkdən imtina etdim".
Elza xanım deyir ki, hədiyyə
etdiyi mahnı tezliklə türkiyəli sənətçi
xanımın ifasında lentə yazılacaq və onu dinləmək
üçün Elza xanıma da yollayacaq.
Ayna.- 2010.- 14 may.- S.24.