"Vətənimizi
öyrənək"
Dünən toplu təqdim olundu
Mayın 14-də Azərbaycan Dövlət İncəsənət Muzeyində
yeni nəşrin təqdimatı keçirilib. Kitab Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Bizim Nəsil" Gənclərin
Regional İnkişaf Assosiasiyası
İctimai Birliyi tərəfindən həyata
keçirilən "Vətənimizi
öyrənək" layihəsi
çərçivəsində işıq üzü görüb. Layihə iştirakçılarının
bildirdiyinə görə,
kitabda qədim tarixə və zəngin bədii ənənələrə malik
olan Azərbaycan incəsənətinin təsviri
sənəti, dekorativ-tətbiqi
sənəti və memarlığı haqqında
məlumatlar öz əksini tapıb. Uşaqlar üçün ensiklopediya
xarakteri daşıyan
bu kitabda adları Azərbaycan incəsənəti tarixinə
həkk olunmuş görkəmli sənətkarlar,
özünəməxsus bədii
məziyyətə malik
dünya şöhrətli
sənətkarlıq nümunələri
haqqında yığcam
məlumat verilir.
İncəsənətimizin tarixinə düşmüş
sənət inciləri
və onların müəllifləri barəsində
kifayət qədər
sadə və uşaq dili ilə söhbət açılır. Materiallar əsasən
incəsənətin rəngkarlıq,
qrafika, heykəltaraşlıq,
dekorativ-tətbiqi sənət
və memarlıq sahələrini əhatə
edir.
Xəbərdə bildirilir ki, kitaba ilk dəfə olaraq gənclər və uşaq yaradıcılığına həsr
olunmuş ayrıca bölmələr daxil edilib. Topluya daxil edilən
rəngli təsvir materialları isə yazılanların əyani
və dolğun qavranılmasına kömək
edir. Bu səpkili
çap məhsulunun ölkəmizdə uşaqlar
üçün hazırlanmadığını
nəzərə alsaq,
kitabın əhəmiyyətini
bir daha körmək mümkündür.
Qeyd edək ki, kitab
2500 nüxsə ilə
buraxılıb. Yeni nəşrin
Bakıda və regionlarda olan kitabxanalara və məktəblərə pulsuz
olaraq paylanması nəzərdə tutulub.
Xatun
Ayna.- 2010.- 15 may.- S.19.