"Mənim doğma vətənim" müsabiqəsinə
həsr olunan fotosərgi
"Avropa:
Ümumi irs" və "Avropa mədəni irs günləri" kampaniyası
çərçivəsində aprel-may aylarında "Mənim doğma Vətənim" mövzusunda
keçirilmiş fotomüsabiqənin
yekunlarına həsr olunmuş fotosərgi təşkil olunacaq. Gənclər və İdman
Nazirliyi mətbuat xidmətindən verilən
xəbərə görə,
sərgidə əsas
məqsəd foto sahəsində istedadlı
gənclərin üzə
çıxarılması, bu sahəyə gənclərin marağının,
eyni zamanda istedadlı gənclərə
dövlət qayğısının
artırılmasıdar. Sərgidə 400 foto nümayiş
olunacaq. Sərgidə qalib seçilmiş fotoşəkillər İspaniyanın
Barselona şəhərində
dərc olunaraq bütün Avropa ölkələrinə yayılacaq.
Qaliblər Gənclər və
İdman Nazirliyi və Avropa Şurası tərəfindən
diplomlarla təltif olunacaqlar.
Sevinc İsmayıl
Ayna.- 2010.- 15 may.- S.19.