"Azərbaycan
dastanlarının struktur
poetikası"
AMEA Naxçıvan
bölməsinin İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun Folklorşünaslıq şöbəsinin
müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm
Səfərlinin bu günlərdə yeni kitabı işıq
üzü görüb. "Nurlan" nəşriyyatında
olduqca nəfis tərtibatda çap olunan kitab "Azərbaycan
dastanlarının struktur poetikası" adlanır.
Monoqrafiyada geniş
şəkildə Azərbaycan dastan
yaradıcılığı və onun inkişaf mərhələlərindən,
obrazlar sistemindən, poetik strukturundan, arxaik dastan motivlərinin
epik-mifoloji semantikasından, eləcə də bu günədək
bu sahədə aparılmış tədqiqatlardan, o cümlədən
müəllifin özünün apardığı tədqiqatlar
nəticəsində yaxından izlədiyi dastan
janrının müxtəlif istiqamətlərindən bəhs
olunur.
"Kitabi-Dədə
Qorqud", "Məhəmməd-Güləndam", "Əsli
və Kərəm", "Abbas və Gülgəz" və
digər məhəbbət dastanlarından imkan daxilində
nümunələr gətirən folklorşünas alim kitabda
Azərbaycan dastanlarının türk, türkmən, özbək
və digər dillərdəki variantlarına müraciət
edib və paralellər aparıb.
Sevinc İsmayıl
Ayna.- 2010.- 15 may.- S.19.