Mənim tanıdığım
Mircəlal müəllim
Gərək insan təkcə özü üçün yaşamasın
Uzun illər ötməsinə
baxmayaraq, yaddaşımdan silinməyən, hər dəfə
qəlbimdə xoş xatirələr oyadan genişqəlbli
insan, müəllim və yazıçı Mircəlal
Paşayev haqqında söhbət açmaq istəyirəm.
Tale mənə onun tələbəsi olmaq, evində qonaq
olmaq, xatirələrini və ibrətamiz nəsihətlərini
eşitməyi nəsib etmişdi.
1971-ci il sentyabr ayının əvvəlləri
idi. İmtahan həyəcanlı isti yay günləri
arxada qalmışdı.
Bakı Dövlət Universitetinə
qəbul olunmuşdum.
O illər universitetin tarix, hüquq, şərqşünaslıq və
filologiya fakültələri
şəhərin mərkəzində,
indiki İqtisad Universitetinin binasında yerləşirdi.
Çəkdiyim zəhmətlər, yuxusuz
gecələr hədər
getməmişdi. Bütün aləm gözümə
gözəl və mənalı görünürdü.
Parklarda, yol kənarlarındakı hündür
ağaclar da, hara isə tələsən
insanlar da... Dərsin başlanmasına hələ
yarım saat qalırdı. Tələsmədən məktəbə doğru
gəlirdim. Mehriban baxışlı,
ziyalı görkəmli,
başında qara
panama, əynində isə
səliqəli kostyum olan yaşlı bir müəllimlə yol yoldaşı olduq. Salamlaşdıq. Mənə çox
Söhbət edə-edə universitetin giriş qapısına yaxınlaşdıq. Hansı fakültədə oxuduğumu və adımı xəbər aldı. Dedim. Gülümsəyib əlini
mənə uzatdı:
"Gəl,
O illərdə gənclər
bədii ədəbiyyat əsərlərini bugünkü gənclərə
nisbətən daha çox mütaliə edirdilər. Mircəlal
müəllimin "Bir gəncin manifesti" romanı orta məktəblərdə
tədris olunurdu. Bu romanı mən də oxumuşdum.
Qarlı-boranlı qış gecəsində kimsəsiz
Baharın küçədə donub ölməsi hadisəsi ən
daşqəlbli, qəddar insanları belə kövrəldirdi.
Mircəlal müəllim
bildirdi ki, "ikinci mərtəbədə filologiya fakültəsinin
204 nömrəli ən geniş auditoriyasında mühazirəm
olacaq, istəsən gəlib iştirak edə bilərsən".
Avropa ədəbiyyatından məşhur "Ovod" əsəri
barədə Mircəlal müəllim elə
danışır, əsəri elə məharətlə təhlil
edirdi ki, əlli nəfər tələbəsinin əyləşdiyi
auditoriyada tam sakitlik hökm sürürdü. Tələbələr
sanki hipnoz olmuşdular. Hər kəs özünü əsərdə
cərəyan edən hadisənin canlı
iştirakçısı hiss edirdi. Əsərin qəhrəmanının
keçirdiyi hiss və həyəcanları hər birimiz
duyurduq, onunla həmrəy idik. Bəzi qız tələbələr
dəsmalla gözlərinin yaşını silirdi.
Müəllim sakit səslə
danışır, auditoriya isə dərin düşüncələrə
qərq olmuşdu. Dərs vaxtının başa çatdığını
bildirən zəng səsi eşildilsə də, heç kəs
auditoriyadan çıxmağa tələsmirdi. Mühazirənin
sonunda Mircəlal müəllim dedi ki, "Bir gəncin
manifesti" əsərini "Ovod"un təsiri altında
yazmışdır. Bu əsər həmişə olduğu
kimi, bu gün də aktualdır. Bəşər övladı
gərək heç vaxt, heç bir şəraitdə
azğınlaşıb, qəddarlaşıb,
insanlığını, rəhmini, insafını itirməsin.
İnsan şüurlu məxluqdur, buna görə də vəhşiləşib
cəngəllik qanunları ilə xoşbəxt yaşaya bilməz.
Mən bəzən dərsdən
çıxandan sonra Mircəlal müəllimi gözləyir,
keçmişin hadisələri və insanları barədə
xatirələrinə və söhbətlərinə qulaq
asaraq onu evlərinə kimi ötürürdüm.
"Azneft" meydanından bir qədər aralıda,
Funikulyorun yaxınlığında fəvvarəli hovuzla
üzbəüz binada yaşayırdı.
1975-ci ilin günəşli mart günlərindən biri idi. Dərsdən çıxıb evə gedirdim. Universitetin ikinci mərtəbəsində, filologiya
fakültəsinin qarşısında
dekan Ağamusa Axundov, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Vilayət
Rüstəmzadə, Zinyət
Əlizadə, Mircəlal
müəllim və bir neçə tanımadığım müəllim
nə barədəsə
qızğın mübahisə
edirdilər.
Mircəlal müəllim məni görüb işarə etdi ki, birinci
mərtəbədə çıxış
qapısının yanında
onu gözləyim. Bir azdan Mircəlal müəllim başına
ağ rəngli
kepka qoymuş, yüngül yay kostyumu geymiş, arıq və bəstəboy bir müəllimlə küçəyə
çıxdı. Mircəlal
müəllim həmin
adamı mənə təqdim edib dedi:
"Tanış olun, bu
başqa cür düşünməkdən qorxmayan
şairimiz Gülhüseyn Hüseynoğludur. Cəsarətli
adamdır.
Biz söhbət edə-edə
Mircəlal müəllimin yaşadığı evədək
gəldik. Mircəlal müəllim dedi ki, bu gün ilin son
çərşənbəsidir, gedək qonağım olun. Bir
qədər tərəddüd etdikdən sonra razı olduq. Mənzilin
qapısını bəstəboy, gülərüz bir
qadın açdı. "Püstəxanım, Novruz
bayramı münasibətilə bizə şəkərburalı,
paxlavalı, mixəkli, darçınlı çay gətir",
- deyə Mircəlal müəllim bizi qonaq otağına dəvət
etdi. Mənə iki kitab - "Bir gəncin manifesti" və
"Şah İsmayıl Xətai" kitablarını
bağışladı.
Stalin repressiyası illərində baş vermiş faciəli hadisələr, xalqımızın başına gətirilmiş müsibətlər barədə söhbət edərkən Mircəlal müəllim bir hadisəni xatırladı. Dedi ki, bu yaxınlarda Yazıçılar İttifaqının iclas zalında keçirilən tədbirə dəvət olunmuşdum. Tanınmış yazıçılar, şairlər burada idilər. Tədbir ərəfəsində hamıda xoş əhval-ruhiyyə vardı. Hamı bir-birini salamlayır, hal-əhval tutur, yazdıqları yeni əsərlər barədə fikir mübadiləsi edirdilər. Tədbir başlayandan sonra bu xoş ovqatdan əsər-əlamət qalmadı. İclasın sədri qısa giriş sözündən sonra quru və rəsmi səslə bildirdi ki, iclasda respublika Dövlət Təhlükəsizlik Komitəsinin məsul işçisi də iştirak edir. Milliyyətcə rus olan bu məmur özünün də yazıçı olduğunu, bir neçə hekayə və povestin müəllifi olduğunu bildirəndən sonra əsas mətləbə keçdi və başladı ovqatımıza soğan doğramağa. O dövrdə dəbdə olan və sovet ideologiyasının riyakarlığını ifşa edən Aleksandr Soljenitsındən, onun yazdığı "QULAQ arxipelaqı" əsərindən uzun-uzadı nifrətlə danışdı. Yazıçılara və yaradıcı ziyalılara müraciət edib, onları mətbuat səhifələrində, kütləvi informasiya vasitələrində yalan və böhtanlardan ibarət olan bu kitabı, onun müəllifini ifşa etməyə çağırdı.
Mənim sol tərəfimdə
şair Nəbi Xəzri, sağ tərəfimdə isə
Gülhüseyn Hüseynoğlu əyləşmişdi. Bizim
heç birimiz bu əsəri oxumamışdıq. Məruzəçi
çıxışını bitirəndən sonra
sınayıcı nəzərlərlə baxıb soruşdu
ki, kimin sualı var? Zala ağır bir sükut çökmüşdü.
Heç kim dinmirdi. Nə isə demək istəyən Gülhüseyn
müəllimə Nəbi
Xəzri əli ilə işarə etdi ki, lazım
deyil. Onsuz da hər şey
aydındır. Arxa tərəfdə əyləşmiş
gənc və hazırcavab şairlərimizdən
biri yerindən qalxıb dedi ki, Aleksandr Soljenitsının
"QULAQ arxipelaqı" xaricdə
nəşr olunub. SSRİ-yə gətirilməsi
qadağan edilib. Buna görə də, mənim fikrimcə, tənqid etdiyiniz əsəri Azərbaycanda heç kəs oxumayıb. Biz oxumadığımız
bir əsərə necə münasibət bildirək? Yazıçının
necə tənqid edə bilərik? Siz iddia edirsiniz
ki, 30-cu illərdə
Azərbaycanda yalnız
əksinqilabçı ünsürlər
və xalq düşmənləri cəzalandırılıb,
Soljenitsının yazdıqları
böhtandır. Axı
30-cu illərdə Hüseyn
Cavidlərin, Mikayıl
Müşfiqlərin və
ya yüz minlərlə günahsız
insanların repressiyaya
məruz qalması təkzibedilməz faktdır.
Stalin repressiyası dövründə törədilmiş
cinayətlər partiyanın
XX qurultayında rəsmi
şəkildə etiraf
olunmuşdur. Stalinin təşkil
etdiyi həbs düşərgələrində zülm çəkmiş
zavallı məhbusların
hamısının gördükləri,
lakin heç birinin yazmağa cəsarət etmədikləri
dəhşətli haqsızlıqları
qələmə alıb
yazmış yazıçını
tənqid etmək ədalətsiz işdir.
Tribunada dayanmış məruzəçi
məmur eynəyini düzəldib həbsxana rəisi görkəmi
aldı. Şəhadət barmağı ilə hədələyərək
gənc şairin sözünü kəsdi: "Cavan oğlan,
unutmayın ki, tarix təkrar olunur. 30-cu illərdə Maqadana -
soyuq diyarlara "istirahətə göndərilmiş
adamların çoxu sənin kimi beyni qızmış və
danışığını bilməyən" qəhrəmanlar
olub.
Söz alıb
çıxış edən qocaman yazıçı
Süleyman Rəhimovun və digər ziyalıların
çıxışı məmurun ürəyindən
olmadı. Süleyman Rəhimov çıxışında
ürək ağrısı ilə bildirdi ki, heç bir
günahı olmadığı halda Stalin repressiyası
dövründə uydurma ittihamlara əsasən bir il
DTK-nın Dzerjinsi adına klubunun rütubətli zirzəmisindəki
qaranlıq həbsxanada saxlanılmışam. Mənə
işgəncələr verib etmədiyim cinayəti zorla boynuma
qoymaq istəsələr də, iradəmi qıra bilmədilər.
Zalda əyləşən
tədbir iştirakçılarının ümumi həmrəyliyini
görən Mirzə İbrahimov üzünü DTK-dan gəlmiş
məmura tutub, zarafatla, uca səslə dedi: "Bunların
hamısı dissidentdir. Maqadanda yazıçıların
yaradıcılıq sanatoriyası inşa edib
hamısını oraya istirahətə göndərmək
lazımdır.
Mircəlal müəllim
sözünə davam edərək dedi ki, bu hadisədən
sonra mən tam əmin oldum ki, 1937-38-ci illərdə
insanların əqidəsinə hakim kəsilmiş qorxu və
xof hissi çəkilmişdir, insanlar həqiqəti olduğu
kimi söyləməkdən daha qorxmurlar.
Təbiətən
mülayim, xoşrəftar bir adam olan Mircəlal müəllim
xeyirxah işlər görməkdən zövq alırdı. Deyərdi
ki, insan gərək bu dünyada yalnız özü
üçün yaşamasın, başqalarına da
yaşamağa kömək etsin. İnsanlara təmənnasız
və qərəzsiz yaxşılıqlar etsin, ətrafdakı
insanlara xoşbəxtlik arzulasın. Onda sən özün də
belə bir mühitdə xoşbəxt olarsan.
Vaqif ƏSƏDOV
Ayna.- 2010.- 22 may.- S.18.