Cəfər Xəndan - 100

 

BDU-da alimin barelyef vurulub guşəsi yaradılıb

 

Görkəmli ədəbiyyatşünas alim, tənqidçi, ictimai xadim, professor Cəfər Xəndanın 100 illik yubileyi bir zaman tədris fəaliyyəti ilə məşğul olduğu BDU-da qeyd edilmişdir. BDU filologiya fakültəsində bu böyük filoloq alimin barelyefi vurulub və guşəsi yaradılmışdır.

Universitetin rektoru Abel Məhərrəmov xatırladıb ki, Cəfər Xəndan öz çoxtərəfli fəaliyyəti ilə ölkəmizin elm və təhsil tarixinə düşmüş bir elm adamıdır.

Cəfər Xəndan (Hacıyev) 1910-cu ildə İrəvan şəhərində müəllim ailəsində doğulmuşdur. Ailəsi qanlı olaylarla dolu 1918-ci ildə İrəvandan Gəncəyə gəlmiş və burada uşaq evində böyümüşdür. Sonra institut bitirmiş, qəzet və jurnallarda çalışmış, müəllimlik etmiş və 1939-cu ildə elmi dərəcə almışdır. Müharibə illərində bir jurnalist olaraq cəbhə qəzetlərində çalışmışdır.

Müharibədən sonrakı illərdə Cəfər Xəndanın həyatının müəyyən bir dönəmi Bakı Dövlət Universiteti ilə bağlıdır. Bir vaxt filologiya fakültəsinin dekanı (1947-50) və sonra universitetin rektoru (1950-54), bu universitetdə kafedra müdiri (1954-61) olmuşdur. Cəfər Xəndan 10 avqust 1961-ci ildə vəfat edib. Hazırda həyatda olmayan oğlu Rəfiq Zəka tanınmış şair idi.

 

 

İsmayıl Umudlu 

 

Ayna.- 2010.- 22 may.- S.18.