"Şeirin içindəki adam"

 

Şair Qəşəm Nəcəfzadənin "Yazıçı" nəşriyyatında "Şeirin içindəki adam" publisistik kitabı nəşr olunub. Bu barədə şair özü məlumat verib. O bildirib ki, 400 səhifədən və 1000 tirajdan ibarət olan bu kitaba müxtəlif illərdə yazdığı məqalələr, esselər, mətbu orqanlara verdiyi müsahibələr, haqqında yazılan məqalələr və şeirlər toplanıb. Şair bildirib ki, bu yazıların içindəki adam müasir ədəbi prosesimiz üçün çox maraqlıdır.

"Fikrimcə, bu kitab 80, 90 və 2000-ci illər ədəbi prosesini yaxından izləmək üçün oxuculara elmi, ədəbi-bədii, publisistik birsait ola bilər" - deyə o bildirdi.

Xatırladaq ki, toplu Bakı Şəhər Metropoliteninin maliyyə dəstəyi ilə işıq üzü görüb.

 

 

Ayna qəzeti.- 2010.- 22 may.- S.20.