Simli alətlər üzrə müsabiqə
sona çatdı
Ötən gün yekun konserti idi
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən
uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin
simli alətlər üzrə respublika müsabiqəsinə yekun
vurulub.
Qurumun mətbuat xidmətindən
verilən bilgiyə görə, respublikada simli alətlər üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadların
aşkara çıxarılması,
onların dəstəklənməsi
və yaradıcılıq
potensialının inkişaf
etdirilməsi məqsədi
ilə təşkil edilən müsabiqə 3 yaş qrupunda keçirilib. Bakı, Gəncə, Mingəçevir,
Şəki, Şirvan
şəhərlərindən, Naxçıvan Muxtar Respublikasından, Goranboy, Hacıqabul, Quba, Qusar, Salyan, Samux və digər
rayonlardan skripka, violonçel və arfa ixtisası üzrə 100-ə yaxın
gənc musiqiçi iştirak edib.
Müsabiqə respublikada skripka
ifaçılıq məktəbinin
kifayət qədər
yüksək səviyyəsini,
uşaqlarla yaxşı
işləməyi bacaran
müəllimlərin, istedadlı
gənclərin olduğunu
bir daha nümayiş etdirib.
Bakı Musiqi Akademiyasının professoru,
respublikanın xalq artisti Zəhra Quliyevanın sədrlik etdiyi, tanınmış musiqiçi və müəllimlərdən ibarət
münsiflər heyətinin
qərarına əsasən
Bakı, Gəncə və Naxçıvan şəhər uşaq musiqi məktəblərində
təhsil alan 20 gənc skripka və violonçel ifaçısı müsabiqənin
laureatı adına, müxtəlif dərəcəli
diplomlara və pul mükafatına layiq görülüb.
Bakı, Gəncə, Naxçıvan,
Şəki, Şirvan
şəhərlərinin, Abşeron,
Salyan, Samux rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin
şagirdləri həvəsləndirici
mükafata layiq görülərək tərifnamələrlə
təltif olunublar.
Müsabiqəyə yüksək
səviyyədə şagird
hazırladıqlarına görə
münsiflər heyətinin
qərarı ilə Bakı şəhər Q.Qarayev adına 8, R.Hacıyev adına 15, L. və M.Rostropoviçlər
adına 21 nömrəli
uşaq musiqi məktəblərinin müəllif
və konsertmeysterlərinə
pul mükafatı verilib, bir sıra
şəhər və
rayon uşaq musiqi məktəblərinin müəllim
və konsertmeysteri fəxri fərmanla təltif olunub.
Xatırladaq ki, müsabiqə qaliblərinin yekun konserti mayın 27-də Azərbaycan Dövlət Filarmoniyasında keçirilib.
Xatun
Ayna.- 2010.- 28 may.- S.20.