Sevda Məmmədəliyeva:
"Kitab - xalqın rəmzidir"
Və dünya kitabla fəth olunur
Bakıda "Kitabla dünyanı fəth et!" şüarı altında "Kitab bayramı-2010" keçirildi. Mayın 26-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının qarşısındakı bağda Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən "Kitab bayramı-2010" çoxlu insan cəlb edə bilmişdi.
Bayramda Vətən, ekologiya, tarix,
coğrafiya, milli musiqi, mədəni irs mövzularını əhatə edən 2056 adda 29260 nüsxə kitab sərgilənmişdi. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan kitabxanalarla yanaşı,
Bakı kartoqrafiya
fabriki, M.Seyidzadə adına kitabxana-mağaza, "Əli və Nino" kitab evi, "Kitab klubu", Bakıda fəaliyyət göstərən "Qlobal Publishing", "Nurlar", "Beşik", "Şərq-Qərb", "Xəzər", "Çinar-çap" və "Qanun" nəşriyyatları kitablarının sərgi-satışı da pis getmirdi. Belə
ki, burada qonaqlar həm sərgilənən kitablarla
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev bayramı açıq elan edərək kitabsevərləri bu mühüm hadisə ilə əlaqədar təbrik etdi. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva mərasimdə çıxış edərkən dedi:
"Bildiyiniz kimi, "Kitab bayramı" ölkəmizdə 2008-ci ildən başlayaraq keçirilir. Kitab - xalqın rəmzidir. Kitab gələcəyə, biliyə gedən yoldur". Nazir müavini xatırlatdı ki, ölkə prezidenti kitabxanalarımıza aid altı sərəncam imzalamışdır. Xüsusi dövlət proqramı hazırlanmış və bu proqram əsasında latın qrafikası ilə 2 milyon nüsxə kitab çap olunaraq bütün kitabxanalarımıza paylanmışdır. Rayonlarda elektron kataloqlar və kitabxanalar yaradılmışdır. Nazir müavini belə bir bayramın təşkilinə görə paytaxtın Mədəniyyət və Turizm İdarəsinə öz minnətdarlığını bildirdi.
Mərasimdə bir sıra yazıçılar, ədiblər gözə dəyirdilər. Bəlkə də onlar oxucuların onların öz kitablarına nə şəkildə maraq göstərəcəklərini baxıb görmək istəyirdilər.
Bakı şəhər musiqi məktəbləri və mədəniyyət evlərinin kollektivləri, Bakı Uşaq Teatrı, "Cəngi", "Aysel" və "Şəms" rəqs qruplarının çıxışları bayrama öz bədii nömrələri ilə ayrı bir rəng qatırdılar. İştirakçılara xatirə hədiyyələri
də təqdim olunacaqdı.
Bildirildi ki, kitab bayramına
təşkilati dəstək Mədəniyyət və Turizm
Nazirliyi, paytaxt İcra Hakimiyyəti, Qəbələ konserv
zavodu "Jalə" şirələri, "Azersun
Holding", "Orli-service" tərəfindən göstərilir.
Sevinc İsmayıl
Ayna.- 2010.- 28 may.- S.19.