"Ürəklə şəkil
çəkən rəssam"
Tahir Salahov
haqqında film çəkilir
Bakıda məşhur azərbaycanlı
rəssam Tahir Salahov haqqında sənədli filmin çəkilişləri başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına
görə, film hələlik
şərti olaraq
"Ürəklə şəkil
çəkən rəssam"
adlanır.
Arayış
üçün: Tahir Salahov 1928-ci il noyabr ayının
29-da Bakıda doğulmuşdur. 1957-ci ildə V.İ.Surikov
adına Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş
peşəsi üzrə bitirib. 1960-1961-ci illərdə Azərbaycan
Rəssamlar İttifaqında məsul katib vəzifəsində,
sonra dosent vəzifəsini yerinə yetirən müəllim
peşəsində, 1963-74-cü illərdə isə M.Əliyev
adına Azərbaycan Dövlət Teatr İnstitutunda professor vəzifəsində
çalışıb. Sənətkar 20 il Rəssamlıq
Atelyesinə rəhbərlik edib, 1980-1992-ci illərdə
V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq
İnstitutunun rəssamlıq və kompozisiya kafedrasını
idarə edib. Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan
İncəsənət İnstitutunda, eləcə də
V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc
rəssamlar yetişdirib. Sənətkarın
fırçasının məhsulları olan "Səhər
eşelonu" və "Rezervuar parkı" adlı sənaye
peyzajları, "Abşeron qadınları" və
"Aydan" tabloları məşhurdur. Bəstəkar Dmitri
Şostakoviçin rəsmi isə əsrin taleyinə görə
məsuliyyət daşıyan insanın fəlsəfi portreti
adlandırılır.
Şair Rəsul
Rzanın, bəstəkar Fikrət Əmirovun portretlərinə
də istər peşəkarlar, istərsə də sənətsevərlər
tərəfindən yüksək qiymət verilib.
Bu əsərlərin hər
birində qəhrəmanların mənəvi zənginliyi,
tutduğu ustalıq zirvəsindən asılı olmayaraq, bir
sadəlik əks olunur.
Ayna.- 2010.- 28 may.- S.19.