Azərbaycanlı rəssamlar
rəsm simpoziumunda iştirak ediblər
Türkiyənin Ərzurum
şəhərindəki Atatürk
Universiteti 9 ölkədən
20 rəssamın iştirakı
ilə I Beynəlxalq rəsm simpoziumu keçirib.
Tədbirdə azərbaycanlı
rəssam Fikrət Həşimov da iştirak edib.
Rəssamlar 15 gün ərzində
Ərzurumun füsunkar təbiəti ilə tanış olub,
"Mədəniyyətlərin görüşməsi"
mövzusunda seminarda iştirak edib, öz təcrübələrini
tələbələrlə bölüşüblər.
Onların burada
yaratdıqları əsərlər Atatürk Universitetində
yaradılan rəssamlıq muzeyinə hədiyyə edilib.
Simpoziumun təşkilatçısı
olan Atatürk Universiteti rektorunun müavini, professor Səbahəddin
Tuzemen Azərbaycan, Balkan ölkələri və Avropadan gəlmiş
fırça ustalarına təşəkkürünü
bildirib, onlara xatirə hədiyyələri təqdim edib. O, bu
simpoziumun gələcəkdə də davam etdiriləcəyini
bildirib.
Ayna.- 2010.- 28 may.- S.19.