Faiq Ağayevin sürprizi bəlli oldu

 

Cənab şlyager yenilikləri konsertində sərgiləyəcək

 

Xalq artisti Faiq Ağayev bu günlərdə sözləri musiqisi Murad Arifə məxsus "Bal kimi" mahnısına klip çəkdirir. Xatırladaq ki, cənab şlyager yeni klipini uzun fasilədən sonra çəkdirir və rejissor işini İlham Məhərrəmova həvalə edib. Bu barədə müğənninin mətbuat əlaqələndiricisi qəzetimizə danışıb. Xəbərdə qeyd olunur ki, klipin ideya müəllifi və operatoru Təhmasib Məmmədovdur.

Mətbuat katibi bildirdi ki, klip tamaşaçılara xalq artistinin iyun ayında nəzərdə tutulan konsertində ilk dəfə nümayiş etdiriləcək. Cənab şlyagerin tamaşaçısı üçün nəzərdə tutulan digər sürprizinin mahiyyətini öyrənə bildik.

"Faiq Ağayevin 22 illik səhnə fəaliyyətindən bəhs edən, müəllifi Lalə Əlimuxtarovaya məxsus "Musiqinin ucalığına yüksələn insan" filmi nümayiş olunacaq", - deyə mətbuat əlaqələndiricisi bildirdi.

Xatırladaq ki, Faiq Ağayevin növbəti "F.A. Made in Azerbaycan" solo layihəsi 6-9 iyun tarixlərində Heydər Əliyev Sarayında keçiriləcək.

 

 

Zəminə

 

Ayna.- 2010.- 28 may.- S.24.