Mənim
tanıdığım Mircəlal müəllim
Gərək insan təkcə özü
üçün yaşamasın
Uzun illər ötməsinə
baxmayaraq, yaddaşımdan silinməyən, hər dəfə
qəlbimdə xoş xatirələr oyadan genişqəlbli
insan, müəllim və yazıçı Mircəlal
Paşayev haqqında söhbət açmaq istəyirəm. Tale
mənə onun tələbəsi olmaq, evində qonaq olmaq,
xatirələrini və ibrətamiz nəsihətlərini
eşitməyi nəsib etmişdi.
1971-ci il
sentyabr ayının əvvəlləri idi. İmtahan
həyəcanlı isti yay günləri arxada
qalmışdı. Bakı Dövlət
Universitetinə qəbul olunmuşdum. O illər
universitetin tarix, hüquq, şərqşünaslıq və
filologiya fakültələri şəhərin mərkəzində,
indiki İqtisad Universitetinin binasında yerləşirdi.
Çəkdiyim
zəhmətlər, yuxusuz gecələr hədər getməmişdi. Bütün
aləm gözümə gözəl və mənalı
görünürdü. Parklarda, yol kənarlarındakı
hündür ağaclar da, hara isə tələsən insanlar
da... Dərsin başlanmasına hələ
yarım saat qalırdı. Tələsmədən
məktəbə doğru gəlirdim. Mehriban
baxışlı, ziyalı görkəmli, başında qara
panama, əynində isə səliqəli kostyum olan
yaşlı bir müəllimlə yol yoldaşı olduq.
Salamlaşdıq. Mənə çox
Söhbət
edə-edə universitetin giriş qapısına
yaxınlaşdıq. Hansı fakültədə oxuduğumu və
adımı xəbər aldı. Dedim. Gülümsəyib
əlini mənə uzatdı: "Gəl,
O illərdə gənclər bədii ədəbiyyat əsərlərini
bugünkü gənclərə nisbətən daha çox
mütaliə edirdilər. Mircəlal müəllimin
"Bir gəncin manifesti" romanı orta məktəblərdə
tədris olunurdu. Bu romanı mən də
oxumuşdum. Qarlı-boranlı qış
gecəsində kimsəsiz Baharın küçədə
donub ölməsi hadisəsi ən daşqəlbli, qəddar
insanları belə kövrəldirdi.
Mircəlal
müəllim bildirdi ki, "ikinci mərtəbədə
filologiya fakültəsinin 204 nömrəli ən geniş
auditoriyasında mühazirəm olacaq, istəsən gəlib
iştirak edə bilərsən". Avropa ədəbiyyatından
məşhur "Ovod" əsəri barədə Mircəlal
müəllim elə danışır, əsəri elə məharətlə
təhlil edirdi ki, əlli nəfər tələbəsinin əyləşdiyi
auditoriyada tam sakitlik hökm sürürdü. Tələbələr sanki hipnoz olmuşdular.
Hər kəs özünü əsərdə cərəyan
edən hadisənin canlı iştirakçısı hiss edirdi.
Əsərin qəhrəmanının keçirdiyi hiss və
həyəcanları hər birimiz duyurduq, onunla həmrəy
idik. Bəzi qız tələbələr dəsmalla
gözlərinin yaşını silirdi.
Müəllim
sakit səslə danışır, auditoriya isə dərin
düşüncələrə qərq olmuşdu. Dərs
vaxtının başa çatdığını bildirən
zəng səsi eşildilsə də, heç kəs
auditoriyadan çıxmağa tələsmirdi.
Mühazirənin sonunda Mircəlal müəllim dedi ki,
"Bir gəncin manifesti" əsərini "Ovod"un təsiri altında yazmışdır. Bu əsər həmişə olduğu kimi, bu
gün də aktualdır. Bəşər
övladı gərək heç vaxt, heç bir şəraitdə
azğınlaşıb, qəddarlaşıb,
insanlığını, rəhmini, insafını itirməsin.
İnsan şüurlu məxluqdur, buna görə
də vəhşiləşib cəngəllik qanunları ilə
xoşbəxt yaşaya bilməz.
Mən bəzən dərsdən çıxandan sonra
Mircəlal müəllimi gözləyir, keçmişin hadisələri
və insanları barədə xatirələrinə və
söhbətlərinə qulaq asaraq onu evlərinə kimi
ötürürdüm. "Azneft"
meydanından bir qədər aralıda, Funikulyorun
yaxınlığında fəvvarəli hovuzla üzbəüz
binada yaşayırdı.
1975-ci ilin
günəşli mart günlərindən biri idi. Dərsdən
çıxıb evə gedirdim. Universitetin ikinci mərtəbəsində,
filologiya fakültəsinin qarşısında dekan Ağamusa
Axundov, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə,
Vilayət Rüstəmzadə, Zinyət Əlizadə, Mircəlal
müəllim və bir neçə tanımadığım
müəllim nə barədəsə qızğın
mübahisə edirdilər.
Mircəlal
müəllim məni görüb işarə etdi ki, birinci mərtəbədə
çıxış qapısının yanında onu gözləyim. Bir azdan Mircəlal müəllim
başına ağ rəngli kepka
qoymuş, yüngül yay kostyumu geymiş, arıq və bəstəboy
bir müəllimlə küçəyə
çıxdı. Mircəlal müəllim həmin adamı mənə
təqdim edib dedi:
"
Biz söhbət edə-edə
Mircəlal müəllimin yaşadığı evədək
gəldik. Mircəlal müəllim dedi ki, bu gün ilin
son çərşənbəsidir, gedək qonağım
olun. Bir qədər tərəddüd etdikdən
sonra razı olduq. Mənzilin
qapısını bəstəboy, gülərüz bir
qadın açdı. "Püstəxanım, Novruz
bayramı münasibətilə bizə şəkərburalı,
paxlavalı, mixəkli, darçınlı çay gətir",
- deyə Mircəlal müəllim bizi qonaq otağına dəvət
etdi. Mənə iki kitab - "Bir gəncin
manifesti" və "Şah İsmayıl Xətai"
kitablarını bağışladı.
Stalin
repressiyası illərində baş vermiş faciəli hadisələr,
xalqımızın başına gətirilmiş müsibətlər
barədə söhbət edərkən Mircəlal müəllim
bir hadisəni xatırladı. Dedi ki, bu yaxınlarda
Yazıçılar İttifaqının iclas zalında
keçirilən tədbirə dəvət olunmuşdum. Tanınmış yazıçılar, şairlər
burada idilər. Tədbir ərəfəsində
hamıda xoş əhval-ruhiyyə vardı. Hamı bir-birini salamlayır, hal-əhval tutur,
yazdıqları yeni əsərlər barədə fikir
mübadiləsi edirdilər. Tədbir
başlayandan sonra bu xoş ovqatdan əsər-əlamət
qalmadı. İclasın sədri qısa
giriş sözündən sonra quru və rəsmi səslə
bildirdi ki, iclasda respublika Dövlət Təhlükəsizlik
Komitəsinin məsul işçisi də iştirak edir.
Milliyyətcə rus olan bu məmur
özünün də yazıçı olduğunu, bir
neçə hekayə və povestin müəllifi olduğunu
bildirəndən sonra əsas mətləbə keçdi və
başladı ovqatımıza soğan doğramağa. O
dövrdə dəbdə olan və sovet ideologiyasının
riyakarlığını ifşa edən Aleksandr
Soljenitsındən, onun yazdığı "QULAQ
arxipelaqı" əsərindən uzun-uzadı nifrətlə
danışdı. Yazıçılara və
yaradıcı ziyalılara müraciət edib, onları mətbuat
səhifələrində, kütləvi informasiya vasitələrində
yalan və böhtanlardan ibarət olan bu kitabı, onun müəllifini
ifşa etməyə çağırdı.
Mənim sol tərəfimdə
şair Nəbi Xəzri, sağ tərəfimdə isə
Gülhüseyn Hüseynoğlu əyləşmişdi. Bizim heç birimiz bu əsəri
oxumamışdıq. Məruzəçi
çıxışını bitirəndən sonra
sınayıcı nəzərlərlə baxıb soruşdu
ki, kimin sualı var? Zala ağır bir
sükut çökmüşdü. Heç kim dinmirdi. Nə isə demək
istəyən Gülhüseyn müəllimə Nəbi Xəzri
əli ilə işarə etdi ki, lazım deyil. Onsuz da hər şey aydındır. Arxa tərəfdə
əyləşmiş gənc və hazırcavab şairlərimizdən
biri yerindən qalxıb dedi ki, Aleksandr Soljenitsının
"QULAQ arxipelaqı" xaricdə nəşr olunub. SSRİ-yə gətirilməsi qadağan edilib.
Buna görə də, mənim fikrimcə, tənqid
etdiyiniz əsəri Azərbaycanda heç kəs oxumayıb.
Biz oxumadığımız bir əsərə
necə münasibət bildirək? Yazıçının
necə tənqid edə bilərik? Siz iddia
edirsiniz ki, 30-cu illərdə Azərbaycanda yalnız əksinqilabçı
ünsürlər və xalq düşmənləri cəzalandırılıb,
Soljenitsının yazdıqları böhtandır. Axı 30-cu illərdə Hüseyn Cavidlərin,
Mikayıl Müşfiqlərin və ya yüz minlərlə
günahsız insanların repressiyaya məruz qalması təkzibedilməz
faktdır. Stalin repressiyası
dövründə törədilmiş cinayətlər
partiyanın XX qurultayında rəsmi şəkildə etiraf
olunmuşdur. Stalinin təşkil etdiyi həbs
düşərgələrində zülm çəkmiş
zavallı məhbusların hamısının gördükləri,
lakin heç birinin yazmağa cəsarət etmədikləri dəhşətli
haqsızlıqları qələmə alıb yazmış
yazıçını tənqid etmək ədalətsiz
işdir.
Tribunada dayanmış məruzəçi
məmur eynəyini düzəldib həbsxana rəisi görkəmi
aldı. Şəhadət
barmağı ilə hədələyərək gənc
şairin sözünü kəsdi: "Cavan oğlan,
unutmayın ki, tarix təkrar olunur. 30-cu illərdə
Maqadana - soyuq diyarlara "istirahətə göndərilmiş
adamların çoxu sənin kimi beyni qızmış və
danışığını bilməyən" qəhrəmanlar
olub.
Söz alıb
çıxış edən qocaman yazıçı
Süleyman Rəhimovun və digər ziyalıların
çıxışı məmurun ürəyindən
olmadı.
Süleyman Rəhimov çıxışında ürək
ağrısı ilə bildirdi ki, heç bir günahı
olmadığı halda Stalin repressiyası dövründə
uydurma ittihamlara əsasən bir il
DTK-nın Dzerjinsi adına klubunun rütubətli zirzəmisindəki
qaranlıq həbsxanada saxlanılmışam. Mənə
işgəncələr verib etmədiyim cinayəti zorla boynuma
qoymaq istəsələr də, iradəmi qıra bilmədilər.
Zalda əyləşən tədbir
iştirakçılarının ümumi həmrəyliyini
görən Mirzə İbrahimov üzünü DTK-dan gəlmiş
məmura tutub, zarafatla, uca səslə dedi: "Bunların
hamısı dissidentdir. Maqadanda
yazıçıların yaradıcılıq sanatoriyası
inşa edib hamısını oraya istirahətə göndərmək
lazımdır.
Mircəlal müəllim
sözünə davam edərək dedi ki, bu hadisədən
sonra mən tam əmin oldum ki, 1937-38-ci illərdə
insanların əqidəsinə hakim kəsilmiş qorxu və
xof hissi çəkilmişdir, insanlar həqiqəti olduğu
kimi söyləməkdən daha qorxmurlar.
Təbiətən mülayim, xoşrəftar bir adam olan Mircəlal müəllim xeyirxah işlər
görməkdən zövq alırdı. Deyərdi ki, insan gərək
bu dünyada yalnız özü üçün
yaşamasın, başqalarına da yaşamağa kömək
etsin. İnsanlara təmənnasız və qərəzsiz
yaxşılıqlar etsin, ətrafdakı insanlara xoşbəxtlik
arzulasın. Onda sən özün də belə
bir mühitdə xoşbəxt olarsan.
Vaqif ƏSƏDOV
Ayna.- 2010.- 22 may.- S.18.