"Miras" Moskvada
diplom qazandı
Rejissor Fariz Əhmədovun "Miras" sənədli filmi Rusiyanın paytaxtı Moskvada Rusiya Dövlət Kinematoqrafiya Universitetinin (keçmiş Ümumittifaq
Dövlət Kinematoqrafiya
İnstitutu) keçirdiyi
30-cu beynəlxalq kinofestivalda
iştirak edib. Festivalda 100-ə yaxın film nümayiş
olunub. Azərbaycanlı
rejissorun işi festivalın "Kinematoqrafiya
sərvətinə sədaqətə
görə" diplomuna,
Milli Maarif Kanalı tərəfindən
isə rejissor işinə görə
"Maarif" diplomuna,
o cümlədən pul
mükafatına layiq görülüb. Qeyd edək ki, Fariz
Əhmədov Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində
kinorejissorluq ixtisası
üzrə təhsil alır. "Miras" filminin ssenari müəllifi Esmira Əyyub, quruluşçu
operatoru Fərid Bağırov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri
Rəşad Qasımov
və Zakir Musayevdir.
Ayna.- 2010.- 6 noyabr.- S.20.