Elçinin "Şekspir"i Moskvanı
fəth etdi
Moskvada "Jar-ptitsa"
Teatrının səhnəsində
Azərbaycanın tanınmış
yazıçı və
dramaturqu Elçin Əfəndiyevin eyniadlı
pyesi əsasında hazırlanmış "Şekspir"
tamaşasının premyerası
Rusiya paytaxtındakı
"Dərviş teatrı"nın
quruluşunda böyük
uğurla keçib. Bakı şəhər Mədəniyyət
və Turizm İdarəsindən bildirilib
ki, iki hissədən
ibarət ekssentrik
"Şekspir" komediyası
rusiyalı və azərbaycanlı aktyorlardan
ibarət istedadlı truppanın ifasında təqdim edilib. Tamaşanın səhnə tərtibatı
və quruluşu teatrın bədii rəhbəri Mərdan Feyzullayevə məxsusdur.
Tamaşadan əvvəl "Jar-ptitsa" Teatrının direktoru, Rusiyanın əməkdar mədəniyyət
işçisi Lyüdmila
Meru çıxış
edib. O qeyd edib ki, Azərbaycanın
xalq yazıçısı,
əməkdar incəsənət
xadimi, filologiya elmləri doktoru Elçin Əfəndiyevin
yaradıcılığı onun istedadının pərəstişkarları olan
rusiyalı tamaşaçılara
yaxşı tanışdır.
Tamaşada baş rolları Rusiyanın əməkdar artisti Nikolay Malınkin (Stalin), Şirzad Əsəd Pirallahi (sanitar), Taşa Romanova (Sara Bernar), Oleq Deqtyaryov
(baş həkim) və başqaları ifa ediblər.
Ayna.- 2010.- 6
noyabr.- S.20.