Dünya teatr elitası Bakıya toplaşıb

 

Onlar bizim günlərin teatr problemlərini müzakirə edirlər

 

Regionun mədəniyyət incəsənət mərkəzi statusunu inamla əlində saxlayan Bakı bu dəfə dünyanın teatr xadimlərini bir araya gətirib önəmli bir məclisə ev sahibliyi edir.

Akademik Milli Dram Teatrında Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə müasir dövrün teatr problemləri mövzusunda noyabrın 8-dən başlanan Bakı Beynəlxalq Teatr Konfransı öz işini davam etdirir. APA-nın məlumatına görə, konfransda 30-a yaxın ölkənin 70-dən çox teatr mütəxəssisi iştirak edir. Mədəniyyət turizm naziri Əbülfəs Qarayev konfransdakı çıxışında bildirib ki, Azərbaycanda teatr tarixinin böyük ənənəsi var: "XIX əsrin ikinci yarısı Azərbaycanda mədəniyyət incəsənət sahəsində köklü dəyişikliklər baş verib, bu dövr Azərbaycan teatrının tarixi üçün həlledici olub". Nazir xatırladıb: 1873-cü ildə Azərbaycanda M.F.Axundovun "Lənkəran xanının vəziri" "Hacı Qara" əsərləri ilk dəfə səhnələşdirilib". Əbülfəs Qarayev bildirib ki, hazırda ölkədə 27 dövlət teatrı var. "Son beş ildə dövlət teatrları tərəfindən 433 yeni tamaşa hazırlanıb. Onların 68-i Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib". Litva mədəniyyət nazirinin müavini Deividas Stanotkus Azərbaycanda keçirilən bu konfransı çox əhəmiyyətli sayıb onu tarixi konfrans hesab edir. Rusiyanın "Beş axşam" Teatrı Festivalının rəhbəri Marina Dmitrevskaya isə bildirib ki, Rusiyada olduğu kimi, başqa ölkələrdə teatr əvvəlki ruhunu itirir: "Teatr indi çox da yaxşı dövrünü yaşamır. Bizim hamımızın bu problemlə bağlı eyni görüşümüz var. Mən əminəm ki, biz bu problemin həllinə nail olacağıq".

Bu beynəlxalq elmi-praktik konfrans çərçivəsində beynəlxalq seminarlar da keçirilib. APA-nın məlumatına görə, seminarlarda kanadalı, amerikalı, rusiyalı teatr xadimləri məruzələr oxuyublar. Seminarlarda Azərbaycanın bir çox teatr nümayəndələri, aktyor aktrisaları iştirak ediblər. Konfrans iştirakçıları üçün Azərbaycan Dövlət Opera Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli Məcnun" operası nümayiş olunub. Dövlət Akademik Milli Dram Teatrında öz işinə başlayan Beynəlxalq Teatr Konfransında iştirak etmək üçün Avropa, Asiya Amerika qitələrinin tanınmış teatr mütəxəssisləri, rejissor dramaturqları, kulturoloqları ölkəmizə təşrif buyurublar.

 

          Ayna.- 2010.- 13 noyabr.- S.19.